Ağalı və Məmmədbəylinin balaca sakinlərinin qar sevinci FOTO VİDEO
Zəngilan, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində səhər saatları qar mənzərəsi ilə açılıb. Ağ örpəyə bürünən hər iki kənddə qarlı havaya ən çox sevinənlər balaca sakinlər olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarından yağan qar səhər tezdən kəndlərdə əsl qış ab-havası yaradıb. Qarlı hava xüsusilə uşaqların sevincinə səbəb olub. Zəngilan rayonunun Ağalı kənd körpələr evi-uşaq bağçasının Ağalı və Məmmədbəylidən olan sakinləri tənəffüs zamanı qartopu oynayaraq xoş anlar yaşayıblar.
Qeyd edək ki, körpələr evi–uşaq bağçasında 50 uşaq, 15 işçi heyəti var.