Azərbaycan Dövlət İnformasiya Agentliyi

3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 8 yanvar, AZƏRTAC

Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 3-cü Sərhəd Zastavası əsaslı şəkildə yenidən qurulub. Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün istirahət yerləri, sinif otağı, silah, rabitə və digər xidməti otaqlar, yeməkxana, mətbəx və ərzaq anbarı yerləşir. Ərazidə sərhədçi ailələri üçün 12 mənzilli 2 mərtəbəli xidməti yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri, xidməti heyvanlar üçün yardımçı bina və helikopter meydançası inşa edilib. Yaşayış binalarındakı mənzillərin hər birinə mebel dəstləri, məişət əşyaları qoyulub və fərdi qızdırıcı ilə təmin edilib.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: 3-cü Sərhəd Zastavasında sərhədçi ailələri üçün lazımi şərait yaradılmış, xidməti yaşayış binası tikilmişdir. Görülən işlərin nəticəsidir ki, zastavada həm hərbi xidmət hərtərəfli təşkil ediləcək, həm də zabit-gizir ailələrinin rahat yaşayışı təmin olunacaq. Əvvəlki dövrdə burada yaşayış üçün normal şərait yox idi. Ailələr çətinlik çəkirdi. Lakin bu gün - yeni ilin ilk günlərində hər cür şəraiti olan mənzillər sərhədçi ailələrinin istifadəsinə verilir. Yaradılan şəraitdən düzgün istifadə olunmalı, tikilənlər qorunub saxlanılmalıdır ki, növbəti yerdəyişmələr zamanı gələn ailələr də mənzillərdən rahat istifadə etsinlər.

Ali Məclisin Sədri sərhədçi ailələrini yeni ildə müasir xidməti mənzillərlə təmin olunmaları münasibətilə bir daha təbrik edib, onlara rahat və firavan həyat arzulayıb.

Sərhədçi ailələri adından çıxış edən Dilbər Hacızadə göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim edib.

Uşaqlardan Damla Hacızadə, Taleh Hüseynov və Dəniz Hacızadə vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.

Sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, 3-cü Sərhəd Zastavası üçün yeni xidməti və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavasının tarixində yeni bir dövr başlayır. Zastava əsaslı yenidənqurmadan sonra istifadəyə verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”. Bu gün müstəqil Azərbaycanda Sərhəd Qoşunları fəaliyyət göstərir və ölkəmizin sərhədləri etibarlı qorunur.

Ali Məclisin Sədri deyib: 3-cü Sərhəd Zastavası 1981-ci ildə - Sovetlər Birliyi dövründə yaradılmışdır. Üç ölkənin sərhədinin kəsişdiyi ərazidə yerləşən zastavada heç vaxt bu cür xidməti şərait olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ərazinin vacibliyi nəzərə alınmış, zastavanın fəaliyyətinin təmin olunması sahəsində işlər görülmüşdür. Sovetlər Birliyi dövründə Sədərək rayonu ərazisindəki birinci sərhəd zastavası və Ordubad istiqamətindəki iki zastava Naxçıvan Sərhəd Dəstəsinə tabe deyildi. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Ordubad və Sədərək istiqamətlərində olan zastavalar Naxçıvan Sərhəd Dəstəsinin tabeliyinə verildi və onlar üçün xidməti şərait yaradıldı.

Ali Məclisin Sədri deyib: Müstəqillik dövründə Azərbaycanda sərhəd qoşunlarının yaradılmasına ilk dəfə Naxçıvan Muxtar Respublikasında başlanılmışdır. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər muxtar respublikada yerləşən Sovet ordusunun hərbi birləşmələrinin ərazidən çıxarılması ilə əlaqədar silah-sursatın 50 faizinin onlara qaytarılması haqqında sərəncam vermişdi. Lakin ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Sovet ordu, birləşmə və hissələrinin bütün silah-sursatının muxtar respublikada saxlanması haqqında qərar qəbul etmiş və buna nail olmuşdur. 1992-ci ilin avqust ayında Naxçıvandakı sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və ölkəmizdə ilk sərhəd dəstəsinin yaradılması elan olunmuşdur. Ötən dövrdə Naxçıvan Sərhəd Dəstəsi şərəfli yol keçmiş, 2004-cü ildə “Naxçıvan” Sərhəd Diviziyasına, 2015-ci ildə isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Sərhəd zastavalarının fəaliyyəti üçün də lazımi tədbirlər görülmüş, yeni xidməti və yaşayış binaları tikilmişdir. 2019-cu ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası yenidən qurulmuşdur. Bu gün isə 3-cü Sərhəd Zastavası tam müasir tələblərə uyğun səviyyədə istifadəyə verilir.

“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli peşədir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev çıxış edərək deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının formalaşması və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, hərbi qulluqçuların xidmət və məişət şəraiti yaxşılaşdırılıb. Şəxsi heyət göstərilən qayğı və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da sərhədlərin etibarlı mühafizəsini təmin edəcək, verilən tapşırıqların icrasını layiqincə yerinə yetirəcəkdir. Niyaməddin Tağıyev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib.

Əsgər Namiq Bağırov çıxış edərək sərhədlərimizi etibarlı qoruyacaqlarına söz verib.

Ali Məclisin Sədri deyib: Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidmət edən əsgər və zabitlər üzərlərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirmiş, sərhəd pozucularına qarşı qəhrəmancasına mübarizə aparmışlar. 3-cü Sərhəd Zastavasının adını daşıdığı Natiq Xəlilov da mərd, igid sərhədçi olmuşdur. O, 1995-ci ildə bu ərazini qanunsuz keçmək istəyən silahlı dəstələrlə mübarizədə həlak olmuş və adı bu zastavaya verilmişdir. Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Ölkə Prezidentinin 2019-cu il 16 avqust tarixli müvafiq Sərəncamı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Ali Məclisin Sədri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevə təqdim edib.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Sərhəd zastavasının ərazisində video-kamera nəzarət sistemi quraşdırılıb, sıra meydanı, idman və təlim şəhərciyi, atəş hazırlığı sahəsi, futbol və voleybol meydançaları yaradılıb. Bundan başqa, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, geniş abadlıq işləri aparılıb, yaşıllıq salınıb, 4 kilometr məsafədən qaz və 1450 metr su xətti çəkilib.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir