Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var VİDEO
Hacıqabul, 19 mart, AZƏRTAC
Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası zamanı 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlar - M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə