Saatlıda 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.