Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.