Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə ünvanlandığı təbrik məktubunda yer alıb.
Kral III Msvatinin cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin əlavə edib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:11]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 07.09.2026 [12:55]
Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ VİDEO
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 06.09.2026 [18:23]