“4Sİ Akademiyası” layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı
Bakı, 24 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb.
Təhsilin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-dək qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra biləcək.
Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [14:25]
Şərqşünas-alimin tədqiqatı beynəlxalq nəşrdə dərc olunub
- 29.10.2026 [14:10]
SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb
- 29.10.2026 [14:00]
Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib
- 29.10.2026 [13:09]
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
- 29.10.2026 [13:07]