Azərbaycanın zorxana üzrə yığması Avropa çempionu adını qazanmışdır
Bakı, 2 iyun (AZƏRTAC). Litvanın Şaulyay şəhərində idmanın zorxana növü üzrə Avropa çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığma komandası bu yarışda uğurlu nəticə göstərərək, ümumi komanda hesabında birinci yerə çıxmışdır. Litva zorxanaçıları ikinci, Türkiyə milli komandası isə üçüncü yerlərə sahib olmuşlar.
Güləş yarışlarında Vüsal Cavadov (80 kq), Tural Əliyev (90 kq), Eldar Atakişiyev (90 kq-dan yuxarı) qızıl, Tural Cavadov isə (70 kq) bürünc medallara layiq görülmüşlər. Milbazi, mülsəngin hərəkətlərində Xəyyam Orucov, çərxi-çəməni, çərxi-tir hərəkətlərində Elvin Ələkbərov birinci yerlərə sahib olmuşlar. Səng hərəkətlərində isə İsmayıl Həbibov gümüş medal qazanmışdır.
Azərbaycan komandasının daha bir üzvü - Həsənalı Bayramov kəbbadə hərəkətlərində birinci yerə çıxmaqla yığmamızın hesabına 8-ci qızıl medalı yazdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [22:46]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:28]
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
- 10.02.2026 [21:17]
Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb
- 10.02.2026 [18:24]
Reytinq turnirində medal qazanan güləşçi: Çox sevincli və qürurluyam
- 10.02.2026 [18:07]
Qurban Qurbanov: Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi
- 10.02.2026 [17:54]
İki soydaşımız boks üzrə Gürcüstan çempionu olub
- 10.02.2026 [17:50]
Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq
- 10.02.2026 [16:50]