SİYASƏT
İordaniyanın xəbər agentlikləri 28 May - Respublika Günü münasibətilə Əmmanda keçirilmiş tədbirdən bəhs edir VİDEO
Əmman, 29 may (AZƏRTAC). İordaniyanın “Petra” və “Uruba” informasiya agentlikləri 28 May - Respublika Günü ilə əlaqədar Əmmanda Azərbaycan səfirliyi tərəfindən təşkil edilən tədbir haqqında məlumatlar yaymışdır.
Məlumatlarda səfir Sabir Ağabəyovun Azərbaycan-İordaniya ikitərəfli əlaqələri ilə bağlı fikirlərinə yer verilmiş, iki ölkə arasında müxtəlif sahələri əhatə edən 40-dək sazişin imzalandığı bildirilmiş, əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rol oynadığı diqqətə çatdırılmışdır. Səfirin iki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirləri də yazılarda əksini tapır.
Bildirilir ki, S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində rəsmi Bakıya göstərdiyi dəstəyə görə İordaniya rəhbərliyinə minnətdarlıq etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman