Görmə qabiliyyəti məhdud və valideynlərini itirmiş uşaqlar üçün İnformasiya Mərkəzi yaradılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti məhdud və valideynlərini itirmiş uşaqlar üçün dil kursları və İnformasiya Mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində kitabxananın direktoru Şəhla Qəmbərova layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, məqsəd bu kateqoriyadan olan uşaqların cəmiyyətə tam, səmərəli inteqrasiyasına dəstək verməkdir. Onların öz həmyaşıdları ilə davamlı ünsiyyətini təşkil etmək üçün belə bir mərkəzin yaradılmasına ehtiyac var idi.
“Gənc Ana və Uşaqların Maarifləndirmə” İctimai Birliyinin sədri, layihənin rəhbəri Nigar Aslanova mərkəzin yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, İlham Məmmədov və başqaları həyata keçirilən layihəni yüksək qiymətləndirərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Qeyd edək ki, görmə qabiliyyəti məhdud və valideynlərini itirmiş uşaqlar üçün dil kursları və İnformasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]