ELM VƏ TƏHSİL
“LG” şirkəti çox yığcam klaviaturanın istehsalına başlayıb VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
“LG” şirkəti çox yığcam, hətta kiçik çantaya asanlıqla yerləşə bilən LG Rolly (KBB-700) klaviaturasını istehsal edəcəyini açıqlamışdı.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, bu aksessuar, digərlərindən fərqli olaraq, dörd cərgə yığılmaqla bir “çubuq” vəziyyətinə gətirilə bilir.
Koreya istehsalçıları bildirirlər ki, QWERTY-klaviatura Bluetooth 3.0 vasitəsilə smartfon və tabletlərə qoşula bilir. Yeni klaviatura, eyni zamanda, bir düyməni basmaqla iki cihaza qoşulur.
Yeni qurğunu ancaq sentyabrda almaq mümkün olacaq. LG Rolly ilk dəfə satışa ABŞ-da çıxarılsa da, dördüncü rübdən Avropa, Cənubi Amerika və Asiyanın “əsas bazarları”nda görünəcək. Qiyməti hələlik məlum deyil.
QWERTY-klaviaturanı sentyabrın 9-da Berlində keçiriləcək IFA 2015 sərgisində “LG” şirkətinin stendində görmək mümkün olacaq.