SİYASƏT
Latviyalı müşahidəçilər: seçkilərdə heç bir qanunazidd hərəkət qeydə almadıq VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Latviyalı müşahidəçilər noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, müşahidəçilər qrupunun rəhbəri Romans Naudins seçki prosesinin ümumilikdə çox gözəl mühitdə keçdiyini, heç bir qanunazidd hərəkət qeydə almadıqlarını bildirib. O qeyd edib ki, müşahidə apardıqları bütün seçki məntəqələrində ehtiyat generator olsa da, elektrik təchizatında fasilə yaranmadı. Ekspert heç bir ölkədə belə bir ehtiyat tədbirinə rast gəlmədiyini bildirib.
R. Naudins Avropa və digər ölkələrdən olan müşahidəçilərlə görüşdüyünü, onların da heç bir irad səsləndirmədiklərini bildirib.
Latviya ilə Azərbaycanın sıx əlaqələrə malik olduğunu deyən müşahidəçi xalqımıza uğurlar arzulayıb.
Digər müşahidəçi İnesis Bokis Azərbaycandakı seçkilərlə Latviyadakı seçkilər arasında fərqin olmadığını bildirib.
Latviyalı müşahidəçilər Azərbaycana səfərdən müsbət təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.