SİYASƏT
“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələri VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də “Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov “Seçkilər” Media Mərkəzində V çağırış Milli Məclisə keçirilən seçkilərlə bağlı “exit-poll”un nəticələrini açıqlayıb.
R.Abbasov bildirib ki, 10 seçki dairəsi üzrə 60 məntəqədə keçirilən “exit-poll” Bakı və Sumqayıt şəhərlərini əhatə edib. “Exit-poll”un keçirilməsinə 100-dən artıq kadr cəlb olunub. Həmin kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərib.
“Exit-poll”un nəticələrinə görə, 8 saylı Binəqədi 2-ci seçki dairəsində 52,3 faiz seçici fəallığı olub. Həmin dairədən Azay Quliyev 65,4 faiz səslə qalib gəlib.
16 saylı Yasamal 2-ci seçki dairəsində Aytən Mustafayeva 48,9 faiz səslə qalib gəlib. Seçici fəallığı 53,1 faiz olub.
20 saylı Nərimanov 2-ci seçki dairəsində Adil Əliyev 65,1 faiz nəticə ilə qalib gəlib. Seçici fəallığı 44,9 faiz olub.
27 saylı Sabunçu 2-ci seçki dairəsində Dilarə Cəbrayılova 59,9 faiz səslə qalib gəlib. Seçici fəallığı 50,2 faiz olub.
29 saylı Səbail seçki dairəsində Şəmsəddin Hacıyev 63,2 faiz nəticə ilə qalib gəlib. Seçici fəallığı 51,8 faiz olub.
34 saylı Xətai 2-ci seçki dairəsində Fuad Muradov 62,5 faiz səslə qalib gəlib. Seçici fəallığı 48,4 faiz olub.
41 saylı Sumqayıt 1-ci seçki dairəsində Mirzəcan Xəlilov 58,1 faiz nəticə ilə qalib gəlib. Seçici fəallığı 49,5 faiz olub.
42 saylı Sumqayıt 2-ci seçki dairəsində Tahir Mirkişili 55,7 faiz nəticə ilə qalib gəlib. Seçici fəallığı 47,9 faiz olub.
43 saylı Sumqayıt 3-cü seçki dairəsində Muxtar Babayev 63,6 faiz nəticə ilə qalib gəlib. Seçici fəallığı 48,8 faiz olub.
44 saylı Sumqayıt – Xızı seçki dairəsində Hacı Salayev 64,9 faiz səslə qalib gəlib. Seçici fəallığı 48,6 faiz olub.
Qeyd edək ki, “exit-poll”da 7 mindən çox seçici iştirak edib.