İtaliyada 66-cı San-Remo musiqi festivalı başlayıb VİDEO
San-Remo, 10 fevral, AZƏRTAC
Fevralın 9-da İtaliyanın San-Remo şəhərində ənənəvi musiqi festivalı start götürüb. Bu il 66-cı dəfədir keçirilən festival San-Remo şəhərindəki Ariston teatrında keçirilir.
Builki müsabiqədə iki kateqoriyada ümumilikdə 28 ifaçı yarışacaq. Laura Pauzini, Elton Con, Eros Ramazzotti, Nikol Kidman, Elli Quldinq kimi tanınmış simalar beş gün davam edəcək festivalın qonaqları olacaqlar. Ötən il olduğu kimi, cari il də festivalın qalibi İtaliyanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanacaq.
Qeyd edək ki, ilk dəfə 1951-ci ildə keçirilən bu festival İtaliyada ən məşhur musiqi yarışmasıdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
San-Remo