Ədəbiyyat İnstitutunun əməkdaşının publisistik məqalələr toplusu çapdan çıxıb
Bakı, 30 yanvar, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev, üz qabığının fotoqrafı Nofəl Ümiddir.
Nəşrdə Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, Akif Səməd, Elşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələr toplanıb.
Kitabda, həmçinin gənc yazarların kitablarına həsr edilmiş məqalələr də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]