Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədilə Əvəz qızı Namazova

Ədilə Əvəz qızı Namazova

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir.

Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954-1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960-1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur.

Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.

Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.

Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988-1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir.

Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Oqtay Şirəliyev

Ramiz Mehdiyev

Əhliman Əmiraslanov

Cəmil Əliyev

Sudeif İmamverdiyev

Nuru Bayramov

Gəray Gəraybəyli

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FT: Qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Səudiyyə Ərəbistanı İran dronlarının hücumuna məruz qalıb

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

“Axios”: Tramp razılaşma olmadığı təqdirdə, İranı daha güclü zərbələrlə hədələyir

Qrenlandiya üzrə ABŞ-nin xüsusi nümayəndəsi adaya gəlib

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medalını qazanıb

Kuba XİN: ABŞ hücum edərsə, özümüzü müdafiə edəcəyik

Çin üç il ərzində ABŞ-dən hər il 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulları alacaq

Ali Liderin nümayəndəsi: İran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək

Ağ Ev: Çin nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq

Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub

Bolnisidə Atatürkün xatirəsi anılıb

Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 7 medalla başa vurub

Tramp: Vaxt İranın əleyhinə işləyir

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas VİDEO

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas VİDEO

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır - EKSKLÜZİV

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır VİDEO

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır VİDEO

Bu saata olan əsas xəbərlər

“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik VİDEO

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik VİDEO

Azərbaycan və gürcü cəmiyyətlərinə tarixi şəxsiyyətlər bəxş etmiş orta məktəbdən REPORTAJ

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

İspaniyalı professor: Həssas qruplara aid qadınların mənzilə çıxışının təmin edilməsində əsas rol dövlətlərə məxsusdur

Esvatini Krallığının nümayəndəsi: WUF13 yerli idarəetməni inkişaf etdirməyə imkan verir VİDEO

Esvatini Krallığının nümayəndəsi: WUF13 yerli idarəetməni inkişaf etdirməyə imkan verir VİDEO

Keniyalı nümayəndə: Azərbaycan UN-Habitat çərçivəsində Afrika üçün mühüm tərəfdaşdır VİDEO

Keniyalı nümayəndə: Azərbaycan UN-Habitat çərçivəsində Afrika üçün mühüm tərəfdaşdır VİDEO

Azərbaycan ən qlobal WUF tədbirinə uğurla ev sahibliyi edir

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

BMT-nin Baş katibinin xüsusi elçisi: Mənzil, su və iqlim siyasətlərini daha yaxşı uyğunlaşdırmalıyıq

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB VİDEO

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib

UN-Habitat nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rol oynaya bilər

BMT-nin Məskunlaşma Proqramının Koordinatoru: Bakı digər şəhərlər üçün model məkana çevrilə bilər

Astanada yüngül relsli nəqliyyatın sərnişinlərinə xəbərdarlıq: qaydanı pozanlar məsuliyyətə cəlb olunacaq

Anar Quliyev: Bugünkü müzakirələr göstərdi ki, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyi əvəzolunmazdır

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb VİDEO

BMT rəsmisi: WUF13 qlobal müzakirələr baxımından çox əhəmiyyətli platformadır

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

Rafael Tuts: Qarşıdakı dövrdə əsas diqqət Yeni Şəhər Gündəliyinin icrasına yönəlməlidir

Liviyalı nazir: WUF13 mühüm əhəmiyyət daşıyır

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB

BMT-nin Xüsusi Elçisi: 2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur VİDEO

BMT-nin Xüsusi Elçisi: 2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur VİDEO

Afrikalı ekspert: Yaşıl enerji şəhərlərin davamlı inkişafı üçün vacibdir VİDEO

Afrikalı ekspert: Yaşıl enerji şəhərlərin davamlı inkişafı üçün vacibdir VİDEO

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

Anqolalı nazir: WUF13-də qazanılacaq təcrübə Afrika ölkələri üçün də faydalı olacaq

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Uqandalı mütəxəssis: WUF13 qlobal şəhər gündəliyində su və sanitariya əməkdaşlığına yeni imkanlar açır

UN-Habitat-ın icraçı direktoru: Urbanizasiya ilə Dayanıqlı İnkişaf Məqsədlərini bir-birindən ayırmaq mümkün deyil

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

WUF13 könüllüləri: məsuliyyətli, çalışqan və gülərüz! FOTOREPORTAJ

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB VİDEO

Sara Nandudu: Davamlı şəhərsalmanın təmin olunması üçün inklüziv yanaşma vacibdir

Moldova mediası WUF13 haqqında məqalə dərc edib

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Culi Perkins: Su şəhərlərin dayanıqlı inkişafında əsas həll mənbəyinə çevrilə bilər

Azərbaycan şahmatçıları türkdilli ölkələrin çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurublar

WUF13 və Azərbaycanın elmi potensialı

Çexiyanın nazir müavini: WUF13 müxtəlif regionlar və mənzil yanaşmaları arasında balans tapmaq üçün ideal platformadır

Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Mavriki Prezidenti Azərbaycana səfərə gəlib

Səudiyyə Ərəbistanı nümayəndəsi: WUF13 ekspertlərə faydalı təklifləri irəli sürmək imkanı yaradır

Nduta Nkirote Mmbogori: Mənzil siyasətində inklüziv yanaşma vacibdir

WUF13-ün kanadalı iştirakçısı: İcmaların səslərinin eşidilməsinə şərait yaratmalıyıq

Tailand nümayəndəsi: Azərbaycan davamlı inkişaf üçün mühüm platformadır

Tədqiqatçı: Qlobal Cənub ölkələrində yaşayan həssas icmaların problemlərinə diqqətin artırılması vacibdir

“Bizim evlərimiz, bizim gələcəyimiz: WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası

Gülşən Rzayeva: Azərbaycanda mənzil təminatı sosial siyasətin mərkəzində yer alır

UN-Habitat-ın icraçı direktoru: Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır VİDEO

UN-Habitat-ın icraçı direktoru: Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır VİDEO

WUF13 iştirakçısı: Dayanıqlı şəhərlər üçün mövcud yaşayış fondunun gücləndirilməsi vacibdir VİDEO

WUF13 iştirakçısı: Dayanıqlı şəhərlər üçün mövcud yaşayış fondunun gücləndirilməsi vacibdir VİDEO

Keniyalı nümayəndə: WUF13 şəhərlərin gələcəyi ilə bağlı birgə həll yollarının axtarılmasına imkan yaradır VİDEO

Keniyalı nümayəndə: WUF13 şəhərlərin gələcəyi ilə bağlı birgə həll yollarının axtarılmasına imkan yaradır VİDEO

Norveç paytaxtında Konstitusiya Günü qeyd olunur

Mino Harivelo Ramaroson: Şəhər planlaşdırması yerli insanların ehtiyaclarını əhatə etməlidir

Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı – Panel iclaslar VİDEO

Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı – Panel iclaslar VİDEO

Orifcan Feyziyev: WUF13-də yeni bacarıqlar və təcrübələrlə tanış olduq VİDEO

Orifcan Feyziyev: WUF13-də yeni bacarıqlar və təcrübələrlə tanış olduq VİDEO

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik VİDEO

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik VİDEO

Gerrit Bloemberg: Mənzil siyasətində əsas prioritet ictimai maraq və yaşayışın təhlükəsizliyi olmalıdır

Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Əfqanıstan nümayəndəsi: Ölkəm hazırda urbanizasiya sahəsində bir sıra ciddi çağırışlarla üzləşir

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

UN-Habitat: Biz WUF13-də əldə olunacaq nəticələrin reallaşmasını təmin etməliyik

UN-Habitat nümayəndəsi: Azərbaycan dayanıqlı şəhərsalma gündəliyində mühüm rol oynayır VİDEO

UN-Habitat nümayəndəsi: Azərbaycan dayanıqlı şəhərsalma gündəliyində mühüm rol oynayır VİDEO

Şuşadan Türküstana: Azərbaycan Türk dünyasının inteqrasiyası ideyasının əsas təşəbbüskarıdır - ŞƏRH

PUA hücumu BƏƏ-də AES yaxınlığında yanğına səbəb olub

WUF13-ün Media Mərkəzində qızğın iş gedir - FOTOLAR

Azərbaycan Rabatda Beynəlxalq Həmrəylik Qastronomiya Festivalında təmsil olunub

Konya Böyükşəhər bələdiyyəsinin sədri: COP31-ə hazırlaşarkən iqlim öhdəliklərinin konkret məkanlarda tətbiqini təmin etməliyik

Malayziyalı nazir: Münasib və adekvat mənzil təminatı insanların rifahı üçün əsas şərtlərdən biridir VİDEO

Malayziyalı nazir: Münasib və adekvat mənzil təminatı insanların rifahı üçün əsas şərtlərdən biridir VİDEO

Koalisiya rəhbəri: Hədəflərimizi reallaşdırmaqdan ötrü davamlılıq şərtdir

Banqladeşli nümayəndə: WUF13 çərçivəsində keçirilən həll laboratoriyaları şəhərlərin gələcəyinə dair praktik töhfə verəcək VİDEO

Banqladeşli nümayəndə: WUF13 çərçivəsində keçirilən həll laboratoriyaları şəhərlərin gələcəyinə dair praktik töhfə verəcək VİDEO

UN-Habitat: Ötən il 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb VİDEO

UN-Habitat: Ötən il 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb VİDEO

Konqo və Uqandada Ebola virusu sürətlə yayılır

WUF13-də uşaqlar və gənclər şəhərlərin gələcəyini müzakirə ediblər VİDEO

WUF13-də uşaqlar və gənclər şəhərlərin gələcəyini müzakirə ediblər VİDEO