Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək
Bakı, 21 avqust, AZƏRTAC
İxracla məşğul olan sahibkarların dövlət tərəfindən dəstəklənməsi davam etdirilir və bu sahədə yeni addımlar atılmaqdadır. Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək.
Bunu AZƏRTAC-a açıqlaması zamanı deputat Vüqar Bayramov deyib.
“Bu, sahibkarlığın dəstəklənməsi baxımından çox vacibdir. Məqsəd mikro, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi və qeyri-neft-qaz ixracatının artırılmasıdır. Çünki əsas məqsədlərdən biri ümumi ixracatda qeyri-neft-qaz sektorunun payının artırılmasına nail olmaqdan ibarətdir. Artıq sentyabrın 1-dən tətbiq olunacaq yeni güzəşt mexanizmi, təşviq alətləri Azərbaycanın qeyri-neft-qaz ixracatının mərhələli şəkildə artmasına gətirib çıxaracaq”, - deyə deputat qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]