Ağcabədidə bu günədək pambıq əkinləri üçün 9510,8 hektar sahədə qış şumu aparılıb
Ağcabədi, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 992,1 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,54 sentner olub. Əvvəlki illə müqayisədə pambıq istehsalı 5893,1 ton, hektarın orta məhsuldarlığı isə 4,84 sentner çoxdur.
Ağcabədili fermerlər 2021-ci təsərrüfat ilinə daha inadla başlayıblar. İndiyədək 9510,8 hektar sahədə qış şumu aparılıb. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Agro” MMC ilə 10069,75 hektar sahədə pambıq əkilməsi üçün 1853 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]
Ən yaşlı paraşütçüsü vəfat edib
- [08:06]
Gənc həkim: Harada bilgi varsa, ona tərəf can atmalıyıq
- 03.02.2026 [23:07]
ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub
- 03.02.2026 [22:21]
Gürcüstan parlamenti ümumi təhsillə bağlı yeni qaydaları təsdiqləyib
- 03.02.2026 [21:31]
Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib
- 03.02.2026 [21:08]
Qətər Sinqapur Özəl Daşınmaz Əmlak Fonduna təsisçi investor kimi qoşulub
- 03.02.2026 [21:03]