Ağdam rayonunda ət və süd istehsalı artıb
Ağdam, 16 mart, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ilin yanvar-fevral aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında təsərrüfatlarda 6496,2 ton süd, 770,1 ton ət istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 5,5 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin iki ayında 957 inək və düyə elit törədicilərin toxumları ilə süni yolla mayalandırılıb, 496 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
® PR və onun əsasları
- [17:45]