Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb
Bakı, 26 avqust, AZƏRTAC
Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanıb və onun qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 mobil telefon və 1 elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [18:32]
Bakıda mağazada saxta içkilər aşkarlanıb
- 28.08.2026 [17:45]
® PR və onun əsasları
- 28.08.2026 [16:59]
Laçında səyyar stomatoloji aksiya təşkil edilib
- 28.08.2026 [16:53]
Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama
- 28.08.2026 [16:24]
İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb
- 28.08.2026 [16:12]