Su təchizatı və tullantı suları üzrə xidmət haqqını onlayn ödəmək mümkündür
Bakı, 28 avqust, AZƏRTAC
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti üzrə xidmət haqqının ödənilməsinin əlçatanlığının və operativliyinin artırılması məqsədilə ödəniş imkanları genişləndirilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların xidmət haqqını daha rahat və çevik şəkildə ödəmələri üçün bütün ödəniş terminalları, eləcə də MPAY mobil tətbiqi vasitəsilə onlayn ödəniş imkanı yaradılıb.
Yeni ödəniş imkanları xidmətin əldə olunması prosesində vətəndaş rahatlığının artırılmasına, ödəniş prosedurunun sadələşdirilməsinə və xidmət üzrə proseslərin daha operativ həyata keçirilməsinə imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [13:20]
Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb
- 28.08.2026 [12:45]
® “Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
- 28.08.2026 [12:34]
SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Bir xəyalın ardınca BDU-ya
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]
Venesuela OPEC-i tərk edə bilər
- [10:38]