“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 28 avqust, AZƏRTAC
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, İstehsalat Birliyinin rəhbəri Qax, Şəki, Oğuz və Bərdə rayonlarından görüşə gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.
Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [17:17]
Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb
- 28.08.2026 [16:59]
Laçında səyyar stomatoloji aksiya təşkil edilib
- 28.08.2026 [15:41]
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
- 28.08.2026 [15:26]
Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib
- 28.08.2026 [15:22]