Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Bakı, 28 avqust, AZƏRTAC

AZƏRTAC süni intellektin (AI) yaradıcılıq sahələrində tətbiqi mövzusunda mədəniyyət və incəsənət xadimləri ilə söhbətlərini davam etdirir. Müşahidə və düşüncələrini şair Sahib Məmmədov bölüşür. O, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Şimali Amerika Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçılar İttifaqının üzvü, bir çox nüfuzlu ədəbi mükafat, fəxri ad və təltiflərin sahibidir, çoxsaylı beynəlxalq poeziya müsabiqələrinin laureatıdır.

- Sahib, AI-nin yaradıcılıq sahəsində, xüsusilə ədəbiyyat və poeziyada tətbiqinə münasibətiniz necədir?

- Ümumilikdə süni intellektin tətbiqinə müsbət yanaşıram, bir şərtlə ki, ondan nə üçün istifadə etdiyini anlayasan. Mənim üçün bu, ilk növbədə alətdir, köməkçidir. Demək olar kalkulyator kimi. Əgər bir ədədi digərinə vurmalı olduğumu bilirəmsə, bunu kağız üzərində özüm də edə bilərəm, kalkulyatordan da istifadə edə bilərəm. Axı buna görə qərarın müəllifi kalkulyator olmur. O, sadəcə məni əlavə işdən azad edir. AI-də də təxminən eyni vəziyyətdir. Tutaq ki, mənim bir fikrim, ideyam var, nə demək istədiyimi anlayıram, amma hansısa abzası normal şəkildə formalaşdırmaq üçün yarım saat vaxt sərf etməliyəm. Nə üçün AI-dən istifadə edib vaxta qənaət etməyim? Nəsrdə, elmi işdə, publisistikada bunda heç bir qəbahət görmürəm.

Amma poeziyada mənim üçün vəziyyət bir qədər fərqlidir. Burada formanın özü artıq yaradıcılığın bir hissəsidir. Sözü necə yerləşdirdin, misranı harada kəsdin, hansı metaforanı tapdın - bunlar artıq texniki iş deyil. Bundan başqa, anlamalıyıq ki, şeir sadəcə düzgün seçilmiş sözlərdən və qafiyələrdən ibarət deyil. Onun arxasında yaşantı dayanmalıdır. Maşına sevgi, tənhalıq və ya ölüm metaforaları yaratmağı öyrətmək olar, amma maşın sevməyib, itirməyib və ölməkdən qorxmayıb. O, sadəcə insanların bu barədə necə yazdıqlarını modelləşdirir, amma bunları yaşamağın nə demək olduğunu bilmir. O, hiss etməyi bacarmır.

Hazırda, mənim fikrimcə, AI şeirləri kifayət qədər zəif yazır. Çox vaxt bunlar ya bayağı obrazlar olur, ya da hansısa keçmiş əsrlərdən qalma dil. Nəticədə zahirən yeni bir şeir alınır, amma daim belə bir hiss yaranır ki, bütün bunları haradasa artıq oxumusan.

- Sizcə, AI poeziyada vaxtilə dadaizm, “barak poeziyası”, futurizm və sair kimi yeni istiqamətə çevrilə bilərmi?

- Eksperimental istiqamət kimi niyə də yox? Bu, bədii metod ola bilər, amma müstəqil ideoloji cərəyan yox. Şübhəsiz ki, insanla AI arasındakı qarşılıqlı əlaqə üzərində qurulan ədəbiyyat yaranacaq və artıq yaranmaqdadır. Amma mən yenə də bədii istiqamətlə texnologiyanı bir-birindən ayırardım.

Futurizm axı şeir yazmaq üçün yeni alətin meydana çıxmasına görə yaranmayıb. Onun arxasında zamana münasibətdə müəyyən yaşantı, dövrün yeni qavrayışı, özünəməxsus üsyan, köhnə dünyaya, sürətə, texnikaya, gələcəyə münasibət dayanırdı. Yəni əvvəlcə insanın müəyyən vəziyyəti yarandı, dil isə artıq bundan sonra formalaşdı. İstənilən böyük bədii istiqamət əvvəlcə insanın dünyaya yeni baxışı kimi meydana çıxıb.

Dediyim kimi, süni intellektin öz vəziyyəti yoxdur. O, səhər yuxudan durub dünən yazdıqlarının hamısının cəfəngiyyat olduğunu və hər şeyin üstündən xətt çəkib yenidən başlamalı olduğunu düşünmür. Ona görə də mən “süni intellekt poeziyası”nın deyil, süni intellekt dövründə yaşayan insanın hansısa yeni poeziyasının yaranmasını daha mümkün hesab edirəm. İnsan artıq bu maşından təxminən fotoqrafın kameradan istifadə etdiyi kimi istifadə etməyə başlayıb.

- Sizcə, süni intellekt nə vaxtsa yaradıcı insanı əvəz edə bilərmi?

- Bəzi məsələlərdə bəli, əvəz edə bilər. Hətta düşünürəm ki, bir çox texniki peşələri və ya peşələr daxilindəki ayrı-ayrı əməliyyatları zaman keçdikcə öz üzərinə götürəcək. Amma söhbət məhz yaradıcılıqdan gedirsə, burada böyük şübhələrim var. Mövcud modellərin – təbii ki, insan tərəfindən yaradılmış modellərin – kombinasiyası ilə yeni ideyanın yaranması arasında böyük fərq var. Çünki yaradıcılıq artıq yazmağa oturduğun zaman başlamır. O, daha əvvəl – daxili impulsdan başlayır. Nəsə sənə toxunur, nəsə görürsən, yaşayırsan, xatırlayırsan və birdən hansısa fikir yaranır ki, onu nədənsə ifadə etmək zərurətini hiss edirsən. Süni intellektdə məhz bu şüur, təcrübə və niyyət yoxdur. O, insan intellektinin güclü davamı ola bilər, amma çətin ki, onu əvəz etsin.

O, ölüm haqqında şeir yaza bilər, amma ölüm qorxusunun nə olduğunu bilmir. Məhəbbət haqqında yaza bilər, amma heç vaxt heç kimi sevməyib. Tənhalığı təsvir edə bilər, amma heç vaxt tək qalmayıb. O, insan tərəfindən artıq yaradılmış nəhəng poeziya materialı üzərində öyrədilib və bunun əsasında yeni kombinasiyalar yaratmağı bacarır. Buna görə də formal olaraq yeni mətn yaratdığı halda belə, çox vaxt tanış modelləri, obrazları və intonasiyaları təkrarlayır.

Amma məhəbbət haqqında yazılan hər şeyi bilmək ilə bir gün özünün aşiq olması, yenə də eyni şey deyil.

- Bəs süni intellektin yaratdığı şeyi ümumiyyətlə yaradıcılıq hesab etmək olarmı?

- Məhz burada məsələ mənim özüm üçün də maraqlıdır. Çünki formal baxımdan o, həqiqətən də bundan əvvəl heç vaxt mövcud olmayan mətn yarada bilər. Deməli, müəyyən mənada yeni bir şey meydana çıxır.

Amma mənə elə gəlir ki, təkcə bu kifayət deyil. Axı kombinasiyanın yeniliyi hələ fikrin yeniliyi demək deyil. Məsələn, mən kaleydoskopu silkələsəm, orada əvvəllər olmayan tamamilə yeni naxış yaranacaq. Amma biz kaleydoskopun rəssama çevrildiyini demirik. Ona görə də burada yalnız “yeni mətn alındımı?” sualı deyil, başqa bir sual da maraqlıdır: onu yaratmaq zərurətini kim gördü və nə üçün? Məhz burada hələlik generasiya ilə yaradıcılıq arasındakı ən mühüm sərhəd keçir.

Mənim üçün yaradıcılıqda təkcə nəticə deyil, onun haradan meydana gəldiyi də vacibdir. Niyə məhz bu fikir? Nə üçün insanın onu ifadə etməyə ehtiyacı yarandı? Onun arxasında nə dayanır? Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına özünün cavabı yoxdur. Tapşırığı ona yenə də insan verir. Deməli, yaradıcılıq sadəcə əvvəllər mövcud olmayan bir şeyin meydana çıxması deyil. Bu, kiminsə gerçəkləşmiş niyyətidir.

- Süni intellektdən istifadədə təhlükə varmı?

- Əlbəttə. Xüsusilə də insan özü soruşduğu məsələni yaxşı başa düşmədikdə. Mən belə deyərdim: süni intellekt onunla mübahisə edə bilən insan üçün xüsusilə faydalıdır. İnsan mövzunu yaxşı bilirsə, səhvi, yanlış sitatı, anlayışın əvəzlənməsini, bayağı metaforanı görür. Belə insan köməkçisinin harada səhv etdiyini görə bilir. Bu zaman süni intellekt həqiqətən də böyük miqdarda vaxta qənaət edir. O, materialı tez toplaya, axtarış istiqaməti təklif edə, nəyisə sistemləşdirməyə kömək edə bilər.

Əgər insan mövzunu bilmirsə, əks vəziyyət yaranır: artıq aləti insan idarə etmir, alət insanın mövzu haqqında təsəvvürünü formalaşdırmağa başlayır. Üstəlik, o, tez-tez səhv edir. Mövcud olmayan mənbə uydura, insanın heç vaxt demədiyi sözləri ona aid edə, faktları qarışdıra bilər. Hətta məqalə uydurub ona istinad da edə bilər. Ən xoşagəlməz məqam isə bütün bunları çox inamlı və inandırıcı şəkildə söyləməsidir.

Ona görə də mənim fikrimcə, süni intellektlə işləməyin məcburi şərti onun cavablarına tənqidi yanaşmaqdır. Belə olduqda ondan sən istifadə edirsən, o isə səni hara gəldi aparmır. İnsan mövzunu nə qədər az bilirsə, süni intellektin hazır cavablarına bir o qədər ehtiyatla yanaşmalıdır.

- Bəs nə vaxtsa süni intellektdə şüur yaranarsa?

- O zaman artıq tamamilə başqa söhbət olacaq. Çünki məsələ intellektdən daha çox şüur məsələsinə gəlib çıxır. Bu, artıq texnoloji deyil, daha çox fəlsəfi məsələdir.

Əgər nə vaxtsa maşın həqiqətən sadəcə informasiyanı emal etməklə kifayətlənməyib özünü dərk etməyə, nələrisə yaşamağa, öz istəklərinə və öz daxili təcrübəsinə malik olmağa başlasa, onda, yəqin ki, yaradıcılıq anlayışımıza da yenidən baxmalı olacağıq. Amma bu gün biz yenə də bundan danışmırıq. Bu gün süni intellekt insan nitqini, mühakiməsini, hətta emosiyanı çox inandırıcı şəkildə modelləşdirə bilər, lakin bu, hələ həmin emosiyanın arxasında kimsənin həqiqətən nəsə hiss etdiyi anlamına gəlmir.

Ona görə də mənim üçün hələlik sərhəd kifayət qədər sadədir: insan yaradıcılığa yaşadığı şeyləri gətirir, süni intellekt isə insanlar tərəfindən yaradılmış material əsasında öyrəndiklərini gətirir. Süni intellekt fikri davam etdirməyi yaxşı bacarır. Amma hələlik həmin fikrin kimin ağlına gəldiyini müəyyən edən tərəf insandır.

Müəllif – Anara Axundova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq