Ağsuda yazlıq bitkilərin əkini davam edir
AzerTAg.az
Ağsu, 12 may, AZƏRTAC
Ağsu rayonunda hazırda yaz qayğıları yaşanır. Əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər artıq 2111 hektarda bu mühüm kampaniyanı yerinə yetiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hələlik 1073 hektarda qarğıdalı, 439 hektarda tərəvəz, 234 hektarda bostan, 169 hektarda kartof və digər məhsullar əkilib. Əkin sahələri ötən ilin müvafiq dövründəki göstəricidən 316 hektar çoxdur.
Qeyd edək ki, cari mövsümdə rayonda 2300 hektardan artıq sahədə yazlıq bitkilər əkini gözlənilir. Rayonun əksər ərazilərində, o cümlədən Kəndoba, Padarqışlaq, Ərəbuşağı, Gəgəli, Qaraqoyunlu, Xanbulaq, Padar, Növcü icra nümayəndəliklərində yazlıq bitkilər əkini daha mütəşəkkil aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var