MƏDƏNİYYƏT


Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir VİDEO

Paris, 22 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə təşkil olunan “Yeddi gözəl” muğam konserti çox gözəl keçdi. Bu qəlbin dərinliyindən gələn ənənəvi musiqi idi. Bu musiqi böyük bir regionu birləşdirir. Muğam zəngin və çətin musiqidir, onu dinlədikdə qədim İpək Yolu xəyallarda canlanır. UNESCO kimi nüfuzlu bir təşkilatın baş qərargahında belə bir konsertin təşkil olunması çox vacibdir. Burada müxtəlif ölkələrin nümayəndələri var və bu musiqinin geniş spektrdə tanınmasını təşviq edir.

Bu fikri UNESCO baş qərargahında təşkil olunmuş “Yeddi gözəl” konsertinin dinləyicisi Ann-Sofi Kopən AZƏRTAC-a müsahibəsində bildirib.

“Çalışıram ki, Azərbaycan mədəniyyəti ilə bağlı təşkil olunan bütün tədbirlərdə iştirak edim. Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Bu konsert də çox gözəl keçdi. Burada Qafqazın, Azərbaycanın ruhunu hiss etdim”, - deyə Ann-Sofi Kopən vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.