İDMAN


Arkadi Dvorkoviç FIDE prezidenti postunda özünün ilk addımlarından danışıb

Bakı, 13 oktyabr, AZƏRTAC 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) rəhbərliyinin ilk qərarları bu ilin noyabrında Londonda Maqnus Karlsen ilə Fabiano Karuana arasında dünya çempionu adı uğrunda matç zamanı keçiriləcək FIDE-nin Prezident Şurasında elan olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Şurada, əsasən komissiya sədrlərinin adları açıqlanacaq.

Dvorkoviçin sözlərinə görə, gündəlik cari işlər – bank hesabları üzrə problemlərin həlli, Xantı-Mansiyskdə qadınlar arasında çempionatın keçirilməsi, Londonda dünya birinciliyi matçı və bir çox digər məsələlər tam axarı ilə gedir.

Yaxın zamanlarda FIDE təşkilata daxil olan bütün ölkələrin şahmat federasiyaları ilə saziş bağlamaq və onların fəaliyyətini dəstəkləmək niyyətindədir.

Şahmatın tədris proqramına daxil edilməsini mühüm hesab edən FIDE rəhbəri bu məsələdə qubernator və digər məmurların xüsusi rolunu vurğulayır.

Dvorkoviç əmindir ki, bu gün şahmatda dələduzluqla mübarizə zəif aparılır. FIDE-nin profil komissiyasının fəaliyyətini elə gücləndirmək lazımdır ki, artıq gələn il nəticələr göz qabağında olsun.

Mətbuat konfransının gedişində Arkadi Dvorkoviç püşkatma yolu ilə reytinqləri və digər göstəriciləri tamamilə eyni olan dünya çempionatının iştirakçıları - qazaxıstanlı Jansai Abdumalik və gürcü Nino Batsiaşvili, ukraynalı İnna Qaponenko və rusiyalı Marina Qusevanın start nömrələrini müəyyən edib. Püşkatmada Dvorkoviçə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin şahmat şərhçisi, azərbaycanlı Elmira Mirzəyeva yardımçı olub. Jansai Abdumalik 15-ci, Nino Batsiaşvili – 16, İnna Qaponenko – 33, Marina Quseva – 34-cü nömrəyə sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.