Azərbaycan Avropaya “yaşıl enerji” ixrac etməyi planlaşdırır
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Elektrik enerjisi mübadiləsi sahəsində Azərbaycan Gürcüstan ilə ikitərəfli, eləcə də Gürcüstan və Türkiyə ilə üçtərəfli faydalı əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, hazırda bu ölkələr arasında elektrik enerjisi bağlantıları və elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin Gürcüstandan keçməklə Türkiyəyə ixracı sahəsində yaxşı təcrübəmiz var. Biz bu təcrübədən istifadə edərək “yaşıl enerji” satışını da genişləndirmək istəyirik.
“Azərbaycanın bərpa olunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz yaşıl enerji ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanın daxili istehlakından daha çox “yaşıl elektrik enerjisi” istehsalı nəzərdə tutulur. Burada da biz Gürcüstanla əməkdaşlıq edərək “yaşıl enerji”ni Azərbaycan-Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya ixrac etmək istəyirik”, - deyə Pərviz Şahbazov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]