CƏMİYYƏT


Azərbaycan Tbilisidə hepatit virusu ilə mübarizə mövzusunda konfransda təmsil olunur

Tbilisi, 13 fevral, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Tbilisidə hepatit B və C virusları və onların profilaktikası, yayılmasının qarşısının alınması və bu cür yoluxucu xəstəliklərlə mübarizə metodlarına həsr olunmuş regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı ölkənin baş infeksionisti Cəlal İsayev təmsil edir.

İki gün davam edən konfransda hepatit B və C virusları, eləcə də son dövrlərdə bu viruslarla bağlı aparılmış təhqiqatların nəticələri barədə məruzələr dinlənilib, Avropa və Cənubi Qafqaz ölkələrində bu virusun profilaktikası barədə təcrübə mübadiləsi aparılıb.

Cəlal Əliyev Azərbaycanda hepatitlə bağlı qəbul olunmuş Dövlət Proqramı, yeni doğulmuş körpələrin dövlət hesabına hepatit B virusuna qarşı peyvənd olunmaları və digər profilaktik tədbirlər barədə məlumat verib.

Konfransda donor dövlətlərin və təşkilatların hepatitlə bağlı tövsiyə və təklifləri də nəzərdən keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.