Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan XİN Mirzoyana cavab verib

Azərbaycan XİN Mirzoyana cavab verib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 24-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keçmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxarmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir.

“Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur”, - deyə açıqlamada qeyd edilib.

Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə etməyə çağırması absurddur.

Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneə törədib.

Vurğulanıb ki, Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə Azərbaycanın 8 kəndini və onlarla kvadratkilometr ərazisini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.

Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən, ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən ölkənin Azərbaycanı ermənilərə qarşı nifrətdə təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur.

“Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir.

Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, - deyə açıqlamada bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərq münaqişəsi qlobal enerji sektorunda uzunmüddətli izlər buraxacaq

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb

® “PAŞA Bank” “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq müddətini uzadıb

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

AMEA ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib

Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH

“Wood Mackenzie”: “Brent” nefti gələn il 78 dollara ticarət olunacaq

Dənizdə əmək standartlarının tətbiqi ilə bağlı BƏT ilə əməkdaşlıq genişləndirilir

Portuqaliyalı futbolçu “Zirə”də

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri – elmi seminar

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Metrologiya İnstitutu EURAMET-ə assosiativ üzv qəbul olunub

Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivi uğur vəd edir - ŞƏRH

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib

Xəyal Rza: “Namazov” filminin nümayişinin sentyabrda keçirilməsi planlaşdırılıb

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

Tonqa rəsmisi: Azərbaycan COP29-da kiçik ada dövlətlərinin səsini dünyaya çatdırdı

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir VİDEO

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir VİDEO

“Zirə” yeni futbolçu transfer edib

Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır VİDEO

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır VİDEO

Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib

Rizvan Nəbiyev: Müsəlman ölkələri arasında həmrəylik praktiki əməkdaşlıq mexanizminə çevrilir

Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf perspektivləri təqdim edilib

“Shell” 100 milyon dollarlıq layihəsinin icrasını “Nobel Energy”nin törəmə şirkətinə həvalə edib

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı iqtisadi əməkdaşlıq və tranzit potensialını gücləndirir

Professor: Dövlət qulluğu cəmiyyətlə dövlət arasında körpü rolunu oynayan innovativ bir sistemdir

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb

Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək

® “Birbank”dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 min manat kreditə aylıq 300 manatdan başlayan ödəniş

“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılışı olub

Ekspert: Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığını artıracaq

Əlcəzairdə Azərbaycanın turizm və mədəniyyət potensialı nümayiş etdirilib

BMT rəsmisi: Metan emissiyasının azalması ən səmərəli iqlim həlləri arasındadır

Hörmüz boğazında gəmi nəqliyyatının hərəkəti normallaşır

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

İmişlidə bir neçə obyekt yanıb VİDEO

İmişlidə bir neçə obyekt yanıb VİDEO

Şərəfli ömrün dastanı: professor Mədəd Çobanovun xatirəsi anılıb

Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirəcək nəqliyyat dəhlizi Balkanların iqtisadi xəritəsini dəyişə bilər

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

İordaniyada futbol matçını izləyən azarkeşlər arasında yaşanan izdiham zamanı bir nəfər ölüb

İran Prezidenti Pakistanda danışıqlar aparacaq

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

AQTA-nın sədri sahibkarların müraciətlərini dinləyəcək

Oman Sultanı Tehranın baş müzakirəçisi ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir