Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bakı, 23 iyun, AZƏRTAC

Son illərdə şəxsi inkişaf, kouçluq və mentorluq anlayışları daha çox gündəmə gəlməyə başlayıb.

AZƏRTAC bu sahədə ixtisaslaşmış İlahə Allahverdiyeva ilə müsahibəni təqdim edir.

-İlahə xanım, ilk olaraq oxucularımız üçün özünüz haqqında qısa məlumat verməyinizi istərdik.

-Mən ali təhsilimi Heydər Əliyev adına Milli Müdafiə Universitetində inzibati idarəetmə ixtisası üzrə almışam və ehtiyatda olan kapitanam. Daha sonra ADA Universitetində Dövlət İdarəetməsi üzrə magistratura təhsilimi tamamlamışam. Hazırda ikinci magistratura təhsilimi və digər təlim proqramlarımı davam etdirirəm.

Peşəkar fəaliyyətim çərçivəsində kouç üzrə mütəxəssis (Səviyyə 6) və heyətin təlimi üzrə Mütəxəssis (səviyyə 6) peşə kvalifikasiyalarına uyğun Türkiyə Məsləyi Yetərlilik Krumu tərəfindən verilmiş peşə sənədinə sahibəm. Həmçinin peşəkar yenidənhazırlanma diplomu və təlim sertifikatlarına sahibəm. Eyni zamanda, “Azerbaijan Quantum and Coaching Cooperation” MMC-nin direktoru və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunaraq kouç üzrə mütəxəssis (səviyyə 6) və heyətin təlimi üzrə mütəxəssis (Səviyyə 6) akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malik “Azerbaijan Quantum and Coaching Cooperation MMC”nin Sertifikatlaşdırma Orqanının rəhbəriyəm.

Uzun illərdir insan potensialının inkişafı, şəxsi inkişaf, hədəflərin müəyyənləşdirilməsi və insan resurslarının inkişafı istiqamətində fəaliyyət göstərirəm.

-Bu gün insanlar tez-tez “şəxsi inkişaf” ifadəsini eşidirlər. Şəxsi inkişaf nədir?

-Şəxsi inkişaf insanın özünü daha yaxşı tanıması, potensialını üzə çıxarması, bacarıqlarını inkişaf etdirməsi və həyatında daha şüurlu qərarlar verməsi prosesidir. Düşünürəm ki, şəxsi inkişaf, ilk növbədə, insanın öz üzərində məsuliyyət götürməsi ilə başlayır. İnsan həyatında baş verən hadisələrə yalnız reaksiya vermək əvəzinə, həyatının fəal iştirakçısına çevrilir. Buraya məqsəd qoymaq, özünüidarəetmə, liderlik, ünsiyyət bacarıqları, zamanın idarə olunması və digər mühüm bacarıqlar daxildir.

-Bəzi insanlar şəxsi inkişafı yalnız motivasiya ilə əlaqələndirirlər. Siz bu barədə nə düşünürsünüz?

-Bu, ən çox rast gəlinən yanlış təsəvvürlərdən biridir. Motivasiya vacibdir, lakin şəxsi inkişaf yalnız motivasiyadan ibarət deyil. İnsan bir gün motivasiyalı ola bilər, ertəsi gün isə olmaya bilər. Əgər inkişaf yalnız motivasiya üzərində qurulubsa, o zaman davamlı nəticə əldə etmək çətinləşir. Şəxsi inkişaf daha çox sistemli düşüncə, vərdişlərin formalaşdırılması, bacarıqların inkişaf etdirilməsi və davamlı öyrənmə prosesidir.

-İnsan potensialı dedikdə nə nəzərdə tutulur?

-İnsan potensialı insanın daxilində mövcud olan, lakin tam şəkildə istifadə etmədiyi imkanlar, qabiliyyətlər və resurslardır.

Çox zaman insanlar öz imkanlarını olduğundan daha kiçik qiymətləndirirlər. Halbuki doğru istiqamətləndirmə, öyrənmə və təcrübə ilə insan öz imkanlarını daha yüksək səviyyədə reallaşdıra bilər.

Mənim fəaliyyətimin əsas istiqamətlərindən biri də insanların öz potensiallarını daha aydın görmələrinə və ondan istifadə etmələrinə dəstək verməkdir.

-Kouçluq nədir?

-Kouçluq insanın məqsədlərini müəyyənləşdirməsinə, mövcud vəziyyətini dəyərləndirməsinə və hədəflərinə doğru daha sistemli şəkildə irəliləməsinə dəstək verən peşəkar fəaliyyətdir. Burada vacib məqamlardan biri odur ki, kouç insanın yerinə qərar vermir. Kouçun əsas rolu insanın öz potensialını görməsinə, resurslarını kəşf etməsinə və öz qərarlarını daha şüurlu şəkildə qəbul etməsinə dəstək olmaqdır.

-Mentorluq nədir?

-Mentorluq daha çox təcrübənin paylaşılması üzərində qurulan inkişaf modelidir. Mentor öz təcrübəsi və bilikləri əsasında istiqamət göstərə, müəyyən tövsiyələr verə və öz yolunu paylaşa bilər. Bu baxımdan mentorluq və kouçluq bir-birinə yaxın olsa da, metodoloji baxımdan fərqlənirlər.

-Bu gün cəmiyyətdə ən çox qarışdırılan məsələlərdən biri də kouçluq, mentorluq və psixologiya arasındakı fərqdir. Siz bunu necə izah edərdiniz?

-Bəli, bu, vacib mövzudur. Psixologiya insan davranışlarını və psixi prosesləri araşdıran elmi sahədir. Psixoterapiya isə xüsusi peşə hazırlığı tələb edən və psixi sağlamlıqla bağlı peşəkar fəaliyyət istiqamətidir. Kouçluq və mentorluq isə daha çox insanın məqsədləri, potensialı, inkişafı, performansı və şəxsi effektivliyi üzərində fokuslanır. Bu səbəbdən hər bir fəaliyyət sahəsinin öz peşə sərhədləri mövcuddur.

-Siz bir neçə dəfə “peşə sərhədləri” ifadəsini işlətmisiniz. Bu anlayışı bir qədər geniş izah edə bilərsinizmi?

-Peşə sərhədləri hər bir mütəxəssisin fəaliyyət çərçivəsini müəyyən edən vacib anlayışdır. Necə ki, vəkil tibbi diaqnoz qoymur, həkim hüquqi məsləhət vermir, mühəndis maliyyə auditi aparmır, eyni şəkildə hər bir peşənin öz fəaliyyət sahəsi və məsuliyyət dairəsi var. Kouçluq, mentorluq və şəxsi inkişaf fəaliyyəti insanın potensialının inkişafı, məqsədlərinin müəyyənləşdirilməsi, qərarvermə bacarıqlarının gücləndirilməsi, liderlik, kommunikasiya və şəxsi effektivlik kimi istiqamətləri əhatə edir. Bu fəaliyyətlərin məqsədi insanın öz resurslarını daha yaxşı tanımasına və həyatında daha şüurlu qərarlar verməsinə dəstək olmaqdır.

-Bu gün insanlar çox vaxt kouçluq, mentorluq və təlimçilik fəaliyyətini psixologiya ilə eyniləşdirirlər. Sizcə bunun səbəbi nədir?

-Məncə, bunun əsas səbəbi bütün bu fəaliyyətlərin insanla işləməsidir. İnsan görür ki, bir tərəfdə psixoloq insanla işləyir, digər tərəfdə kouç, mentor və ya təlimçi də insanla işləyir. Buna görə də onlar eyni fəaliyyət kimi görünə bilir. Halbuki məqsədlər, metodologiyalar və peşə funksiyaları fərqlidir. Kouçluq insanın gələcəyi, məqsədləri, performansı və potensialı üzərində fokuslanır. Mentorluq təcrübənin paylaşılması üzərində qurulur. Təlimçilik müəyyən bilik və bacarıqların sistemli şəkildə öyrədilməsidir. Bu səbəbdən insanla işləmək bütün bu peşələri birləşdirsə də, onların funksiyaları fərqlidir.

-Bəs təlimçi peşəsi nədir?

-Təlimçi müəyyən bilik, bacarıq və kompetensiyaların sistemli şəkildə öyrədilməsi ilə məşğul olan mütəxəssisdir. Əslində, insan həyatının çox hissəsində təlimçilərlə qarşılaşır. Məktəbdə müəllim, universitetdə müəllim, şirkətdə korporativ təlimçi, peşə hazırlığında instruktor — bunların hamısı müəyyən mənada təlimçilik fəaliyyəti həyata keçirirlər. Müasir təlimçilik sadəcə məlumat ötürmək deyil.

Bu gün təlimçi insanlarda yeni bacarıqların formalaşdırılmasına, praktiki tətbiq imkanlarının yaradılmasına və öyrənmə prosesinin effektiv təşkilinə xidmət edir.

-Şəxsi inkişaf, kouçluq və mentorluq fəaliyyətləri bəzi insanlar üçün yeni anlayışlar kimi görünə bilər. Bu sahələrin dünya təcrübəsində yeri nədir və inkişaf etmiş ölkələrdə bu fəaliyyətlər necə tətbiq olunur?

Şəxsi inkişaf, kouçluq və mentorluq son illərdə dünyada sürətlə inkişaf edən və milyonlarla insan tərəfindən istifadə olunan fəaliyyət istiqaməti olaraq formalaşıb. Bu istiqamət beynəlxalq praktikada “Personal Wellness”, “Personal Development”, “Personal Growth”, “Mindfulness Training”, “Consciousness Development”, “Transformational Development”, “Wellbeing Services”, “Personal Transformation Programs”, “Self-awareness Programs” terminləri ilə ifadə olunur.

Bu fəaliyyətlərin əsas məqsədi insanların özünü tanıması, mənəvi inkişafı, şəxsi inkişafı, fərqindəliyinin artırılması, həyat keyfiyyətinin yüksəldilməsi, daxili motivasiyasının gücləndirilməsi, mənəvi rifahının dəstəklənməsi, meditasiya və zehinlilik bacarıqlarının inkişaf etdirilməsi, həyat məqsədlərinin müəyyənləşdirilməsi və s. kimi istiqamətlərdə inkişafına dəstək göstərməkdir.

Beynəlxalq təcrübədə bu fəaliyyətlər müstəqil peşə və xidmət sahəsi kimi formalaşmış, müxtəlif ölkələrdə insanlar “Mindfulness Training”, “Personal Development Services”, “Wellness Services” və s. adlarla fəaliyyət göstərməkdədir.

Eyni zamanda, kouçluq ayrıca ixtisas kimi dünyanın 76 universitetində magistr dərəcəsində, 21 universitetində isə fəlsəfə doktoru (PhD) dərəcəsi üzrə tədris edilir.

-Azərbaycanda insan potensialının üzə çıxarılması, yaşam hədəflərinin müəyyən edilməsi sahəsində fəaliyyət sahəsi varmı?

-Bəli. Azərbaycanda iqtisadi fəaliyyət növlərinin təsnifatında buna uyğun olan insan potensialının üzə çıxarılması, yaşam hədəflərinin düzgün müəyyən edilməsi və s. bu kimi sahələrdə məsləhətlərin verilməsi üzrə xidmət fəaliyyəti var.

-Siz həm də Sertifikatlaşdırma Orqanına rəhbərlik edirsiniz. Sertifikatlaşdırma nə deməkdir?

-Sertifikatlaşdırma müəyyən bilik, bacarıq və səriştələrin əvvəlcədən müəyyən edilmiş tələblərə uyğun olub-olmadığının qiymətləndirilməsi və təsdiq edilməsidir. Azərbaycan qanunvericiliyində sertifikatlaşdırma uyğunluğun qiymətləndirilməsi formalarından biri kimi müəyyən edilir.

-İlahə xanım, son sualımız: İnsanların sizə ən çox verdiyi sual hansıdır?

-Ən çox verilən suallardan biri budur: “İnsan öz həyatını dəyişə bilərmi?”. Mənim cavabım həmişə eynidir. “Bəli, dəyişə bilər”.

Dəyişiklik insanın öz üzərində davamlı işləməsi, yeni bacarıqlar öyrənməsi, məsuliyyət götürməsi və həyatında tətbiq etməsi nəticəsində baş verir. Məncə, şəxsi inkişafın ən vacib prinsipi də budur:

İnsan həyatının əsas müəllifi özüdür. Kouçlar, mentorlar və təlim proqramları bu yolda bələdçi ola bilərlər. Amma qərar verən, seçən və həyatını quran hər zaman insanın özüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO