Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Bakı, 23 iyun, AZƏRTAC

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir. Azərbaycan və Türkmənistan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Xəzər dənizinin hər iki sahilində yerləşən yaxın qonşu və geostrateji əhəmiyyətə malik dövlətlərdir. İki ölkə arasında formalaşan dostluq və tərəfdaşlıq münasibətləri geosiyasi baxımdan hər iki dövlətin mövqeyini gücləndirən mühüm amillərdən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın və Türkmənistanın artan rolu Orta Dəhlizin inkişafı, regionda nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi, Xəzər dənizində daşımaların intensivləşməsi və Xəzərin resurslarından səmərəli istifadə istiqamətində özünü daha aydın göstərir. Bu baxımdan Azərbaycan-Türkmənistan əməkdaşlığı Xəzər hövzəsində formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan böyük Türk dünyasında birləşdirici nüvə ölkə kimi çıxış edir. Türkmənistan isə Türk dünyasının mühüm və ayrılmaz komponentlərindən biridir. Bu baxımdan iki ölkə arasındakı münasibətlər Türk Dövlətləri Təşkilatının güclənməsi və yeni regional əməkdaşlıq platformalarının inkişafı kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Azərbaycan üçün Mərkəzi Asiyaya və böyük Avrasiya məkanına açılan strateji qapıdır. Azərbaycan isə Türkmənistan üçün Cənubi Qafqaza, Xəzərin qərb sahillərinə və Avropaya çıxışı təmin edən etibarlı tərəfdaşdır. Türkmənistan dünyanın ən zəngin təbii resurslara malik ölkələrindən biridir. Neft və qaz ehtiyatları ilə yanaşı, nadir metallar və digər faydalı qazıntılar baxımından da ölkənin böyük potensialı mövcuddur. Dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına malik olan Türkmənistan hazırda Çinə ildə təxminən 30 milyard kubmetr qaz ixrac edir və bu həcmin gələcəkdə 60 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu isə Türkmənistanın geoiqtisadi və geosiyasi baxımdan mühüm güc mərkəzlərindən birinə çevrilmək potensialını göstərir.Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri, dövlət başçılarının Qarabağa və Şuşaya birgə səfərləri iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını nümayiş etdirir. Türk dövlətləri arasında Türkmənistanla əlaqələrin inkişafı da Azərbaycan üçün xüsusi önəm daşıyır.

“Azərbaycan-Türkmənistan əməkdaşlığının perspektivli istiqamətlərindən biri də Trans-Xəzər qaz kəməri layihəsidir. Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan bu kəmər Türkmənistan qazının Avropa bazarlarına çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycanın üstünlüyü artıq formalaşmış enerji infrastrukturuna malik olmasıdır. Trans-Xəzər qaz kəməri vasitəsilə Azərbaycana çatdırılacaq Türkmənistan qazı Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri ilə təhlükəsiz şəkildə Avropa bazarına nəql edilə bilər. Bu, eyni zamanda, Türkmənistanın enerji ixrac marşrutlarını şaxələndirməsinə də mühüm töhfə verəcək. Son illər Türkmənistanın xarici siyasətində də mühüm dəyişikliklər müşahidə olunur. Əvvəllər daha çox strateji neytrallıq siyasəti yürüdən bu ölkə hazırda regionda gedən geosiyasi proseslərdə daha fəal iştirak etməyə çalışır. Bu baxımdan Azərbaycan kimi strateji baxışa malik dövlətlə münasibətlərin inkişaf etdirilməsi tamamilə məntiqidir. Azərbaycan ərazi və əhali baxımından böyük dövlət olmasa da, həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində qlobal miqyasda nüfuz qazanan ölkələrdən biridir. Türkmənistan da Azərbaycanın bu təcrübəsini diqqətlə izləyir və müxtəlif sahələrdə ondan faydalanmaqda maraqlıdır”, - deyə deputat bildirib.

T.Gəncəliyev vurğulayıb ki, Azərbaycan-Türkmənistan münasibətləri yalnız Xəzər hövzəsi və Mərkəzi Asiya ilə məhdudlaşmır. Bu əməkdaşlıq Çindən Avropaya qədər uzanan geniş coğrafiyada enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları, logistika, geoiqtisadi və geosiyasi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında münasibətlərin inkişafı qarşıdakı dövrdə yeni perspektivlər açacaq və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Müxbir – Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub