"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır
Bakı, 23 iyun, AZƏRTAC
“Karvan-Yevlax” klubu köhnə meydançanın inşa işlərini ilin sonunadək bitirəcək.
Bu barədə AZƏRTAC-a bölgə təmsilçisinin icraçı direktoru Elvin Əjdərli məlumat verib.
“Təbii örtüklü meydança təxminən 2000 nəfər üçün nəzərdə tutulur. Məqsədimiz ilin sonunadək tikinti işlərini başa çatdırmaqdır. Bildiyiniz kimi, bəzən hava şəraiti də işlərin ləngiməsinə səbəb olur. Həmin arenada rəsmi oyunları da qəbul edə biləcəyik”.
Klub rəsmisi yeni mövsümlə bağlı hədəflərdən də danışıb. O bildirib ki, komanda I Liqada da Premyer Liqa səviyyəsinə uyğun kollektiv formalaşdırmağa çalışacaq.
“Əlbəttə ki, əsas hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır”,- deyə E.Əjdərli vurğulayıb.
Qeyd edək ki, “Karvan-Yevlax” 2000-ci illərin əvvələrində həmin meydançada rəsmi oyunlar keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [17:47]
Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi
- 23.06.2026 [17:30]
Portuqaliyalı futbolçu “Zirə”də
- 23.06.2026 [16:55]
“Zirə” yeni futbolçu transfer edib
- 23.06.2026 [15:13]
Azər Məmmədov yenidən “Kəpəz”in baş məşqçisi olub
- 23.06.2026 [14:22]
“Turan Tovuz” Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb
- 23.06.2026 [14:16]
Eltun Yaqublu yenidən “Zirə”də
- 23.06.2026 [14:16]