Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi start götürüb. Yarışların birinci günündə yeniyetmə samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Elmaz Ələkbərov (48 kq), Adil Məmmədov (52 kq), Elvin Bağırov (56 kq), Kənan İsmayılov (60 kq), Elvin Əliyev (65 kq), İslam Tağıyev (70 kq), Əhməd Hüseynov (75 kq), Ruslan Səfixanov (81 kq), Rəsul Aydəmirov (87 kq), Elton Qənbərov (87 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.
Qeyd edək ki, bu gün gənclər, fevralın 15-də isə kişilər ölkə birinciliyi və çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [19:44]
Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]