ELM VƏ TƏHSİL


BDU-nun Qazax filialına bu il ilk dəfə 4 ixtisasa magistr qəbulu aparılıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin Qazax filialında olub, kollektivlə görüşüb, tədris müəssisəsinin maddi-texniki vəziyyəti ilə maraqlanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlayan təhsil ocağında 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır. Filialda çalışan əməkdaşlardan 3 nəfər professor, 20 nəfər elmlər namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.

Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub, təhsil müəssisəsində 17 ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.

Rektor Elçin Babayev filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, rəhbərlik və professor-müəllim heyəti ilə söhbətlər aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.