Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib: “Bütün dünyada qeyd oluna bu gün münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Bakı Kitab Mərkəzində ilk dəfə təşkil olunur və mərkəz yeri yaranmasına baxmayaraq qısa zaman ərzində Azərbaycanda kitab işinin təşkilinə və təbliğinə böyük töhfələr verib”.

Bu əlamətdar günün belə möhtəşəm məkanda – kitabsevərlərin yeni görüş yerində keçirilməsini mühüm hadisə adlandıran Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib. Bildirib ki, kitab günü, 1995-ci ildə Parisdə, “BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı – UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Kitab günü kimi 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün dünya ədəbiyyatında simvolik tarix hesab olunur. Belə ki, 23 aprel Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso de la Veqa kimi dünya şöhrətli yazıçıların ölüm günüdür.

Hər il olduğu kimi, bu il də UNESCO-nun baş direktoru Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı təşkilatın üzv ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə günün əhəmiyyəti, məqsədi barədə məlumat verilib. Hər il UNESCO baş qərargahında və dünyanın müxtəlif ölkələrində nəşriyyatların, kitab evlərinin və aidiyyəti qurumların iştirakı ilə bu əlamətdar günə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.

Natiq diqqətə çatdırıb ki, UNESCO Baş konfransı 2001-ci ildə qətnamə qəbul edərək, Ümumdünya Kitab Paytaxtı nominasiyasının təsis edilməsini təsdiq edib. UNESCO Ümumdünya Kitab Paytaxtı nominasiyası çərçivəsində hər il qalib şəhərin elan olunması təşkilatın bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

“Ölkə rəhbərliyi tərəfindən kitab irsinin qorunmasına və ədəbiyyatımızın dünyada təbliğ edilməsinə böyük diqqət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli Sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ana dilimizə tərcümə edilərək nəşr edilib. Həmçinin, Azərbaycan ədəbiyyatının nümunələri tərcümə edilərək, beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülüb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində müasir infrastruktur yaradılır, yeni kitablar nəşr edilir, qədim əlyazmalar bərpa olunur, tədris sistemində yeni vəsaitlər hazırlanır, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi bu fəaliyyətin parlaq nümunəsidir. Mərkəz açıldığı vaxtdan ölkəmizin mədəni-ictimai həyatında mühüm yer tutur, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edir, məşhur şair-yazıçılarla görüşlərə şərait yaradır, gənc nəslin mütaliəyə marağının artırılmasında vacib rol oynayır”,- deyə Elnur Sultanov vurğulayıb.

Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət və təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində UNESCO-nun İnformasiya Hamı üçün (IFAP) Azərbaycan Milli Komitəsi yaradılıb və yeni yaradılan Milli Komitənin gələcəkdə bu işə də töhfə verəcəyinə əminlik ifadə edilib.

Bu il UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdıran E.Sultanov deyib ki, UNESCO Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır. Təşkilatla əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ilk addımlardan biri məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncamla UNESCO üzrə Milli Komissiyasının yaradılması olmuşdur.

Fəaliyyət göstərdiyi dövr ərzində UNESCO üzrə Milli Komissiyanın gördüyü işlərə toxunan Elnur Sultanov vurğulayıb ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, irsin qorunması, mədəni abidələrin bərpası, mədəniyyətlərarası dialoq və digər sahələrdə UNESCO xətti ilə çoxşaxəli fəaliyyəti UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfə verib: “Ölkəmiz UNESCO ilə mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya sahələrində geniş əməkdaşlıq əlaqələri qurub, UNESCO ailəsinin nüfuzlu üzvünə və artıq donor dövlətinə çevrilib. Məhz Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində, Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır”.

Diqqətə çatdırılıb ki, görkəmli şəxsiyyətlərimizin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar müvafiq sərəncamlar imzalanıb. İl ərzində ölkə daxilində və xaricində çoxsaylı tədbirlər keçirilməkdədir. Cari ilin sonunda UNESCO-nun baş qərargahında görkəmli mütəfəkkirə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır. Belə tədbirlərin keçirilməsi ölməz şairin xatirəsi və yaradıcılığına dərin ehtiramın ifadəsidir. Bundan əlavə, bu il həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında qeyd edilməsi nəzərdə tutulur.

Sonda E.Sultanov Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan “Azərbaycan sərvətləri” adlı kitabı və Milli Komissiyanın loqosu olan suveniri Bakı Kitab Mərkəzinə təqdim edib.

Öz növbəsinə Günel Rzayeva da rəhbərlik etdiyi Bakı Kitab Mərkəzinin nəşr etdirdiyi kitabları UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanova verib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu və Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova çıxış edərək ölkəmizdə kitaba olan böyük maraqdan və Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətimdən söz açıblar.

Tədbir ədəbi-musiqili proqramla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb