İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhan kəməri ilə 16 milyon tondan çox neft daşınıb

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 16 milyon tondan çox neft daşınıb

Bakı, 17 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 953,3 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yeddi ayı ərzində bu kəmərlə 16 milyon 559 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 2 milyon 614,4 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.