Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edib.

Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.

IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov dünya liderləri tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsi ilə nəticələnən BMT-nin Dayanıqlı İnkişaf Sammitinin sentyabr ayında üç illiyinin tamam olacağını xatırladaraq, bu sənədin insanlar, planet və rifah naminə fəaliyyət planı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai birliyinin təsisçisi, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Forumun açılış mərasimində çıxış edib.

Leyla Əliyeva planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi məqsədilə maarifləndirmə və fəaliyyətin təşviqi üçün ən mühüm gün olan Dünya Ətraf Mühit Gününü qeyd etmək üçün Forum iştirakçıları ilə birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim tədbirimiz bu günü qeyd etmək və ətraf mühitlə bağlı aktual məsələlər və dayanıqlı inkişaf barədə danışmaq üçün böyük imkandır”, - deyən IDEA-nın təsisçisi vurğulayıb ki, biz vaxtın ötüb getdiyini və hərəkətə keçmək üçün yeganə zamanın indiki zaman olduğunu yadda saxlamalıyıq.

“2015-ci ildə dünya liderləri bəşəriyyətin bütün mövcud çağırışlarının həllində irəli aparan ümumbəşəri yol olan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini təsdiqlədilər. Gündəlikdə 2030-cu ilədək nail olunması üçün 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi və 196 hədəf müəyyənləşdirilib. Azərbaycanda dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsini əlaqələndirmək məqsədilə 2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılarkən ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini ən yüksək səviyyədə nümayiş etdirdi. Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın bu 17 məqsədə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir. Sevinc hissilə qeyd edirəm ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş bir sıra layihələrdə bizim IDEA təşkilatımız BMT ilə uğurlu əməkdaşlıq edir. Bir çox birgə təşviqat tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı -FAO və UNICEF-lə tədbirlərin həyata keçirilməsi 2018-ci ilə planlaşdırılır. Əlbəttə ki, bu böyük forum bizim əməkdaşlığımızın nəticəsidir. Ümidvaram ki, bu, ətraf mühitə dair məsələlərlə bağlı məlumatlılığı artıracaq, qlobal məqsədlərə nail olmaq üçün gənclərin səylərini birləşdirməsinə kömək edəcək. 2030-cu il Gündəliyi əslində gənclər gündəliyidir. Çünki onun inkişaf etdirilməsi üçün əsas iştirakçılar gənclərdir”, - deyə Leyla Əliyeva bildirib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını xatırladaraq, həmin vaxtdan bəri ölkə üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edildiyini, eyni zamanda, dövlət proqramları və strategiyalarının bu məqsədlərlə uzlaşdırılmasının həyata keçirildiyini söyləyib. Qeyd edib ki, ötən il Azərbaycanda “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar ilkin addımlar haqqında Könüllü Milli Hesabat hazırlanaraq Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilib. “Dayanıqlı inkişaf - gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır”, - deyən Muxtar Babayev bildirib ki, bu inkişafın ekoloji aspektləri okean və dəniz ehtiyatları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir. Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Burada dövlət və qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının, xüsusilə də gənclərin üzərinə böyük vəzifələr düşür. Ekologiya və təbii sərvətlər naziri bu məqsədlərin həyata keçirilməsində gənclərin rolunu vurğulayıb.

“Hər bir gənc potensial milli sərvətdir”, - deyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin vəzifələrini icra edən Edvard Karvardin iqlim dəyişikliklərinin aradan qaldırılmasında gənclərin rolundan, ətraf mühitin qorunmasının təşviq edilməsinin vacibliyindən danışıb. Bu istiqamətdə Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, IDEA-nın gördüyü işlərin sırasına iyunun 9-da daha biri əlavə olunacaq. Belə ki, İctimai Birliyin təşəbbüsü ilə Bakı çimərliyində ənənəvi təmizlik aksiyası keçiriləcək. Ekosistemin gücləndirilməsində, “yaşıl təşəbbüs”lərin təşviqində, ətraf mühitin qorunmasında kollektiv və fərdi iştirakın dəstəklənməsi məsələlərinə toxunan Edvard Karvardin birgə səylər nəticəsində bir çox məsələlərin həllinin mümkünlüyünü söyləyib.

Sonra BMT baş katibinin Dünya Ətraf Mühit Günü münasibətilə videomüraciəti nümayiş olunub.

Panel iclaslarla davam edən forumda “İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu” mövzusu ətrafında müzakirələr aparılıb. FAO-nun iqlim və ətraf mühit bölməsinin təbii ehtiyatlar üzrə mütəxəssisi Alaşiya Qordes “Dayanıqlı inkişaf nəsli: dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyinin qorunması” mövzusu ilə bağlı fikirlərini bildirib. O, aclıqdan əziyyət çəkənlərin sayının artdığını təəssüflə qeyd edərək, bunun səbəblərini müharibə və iqlim dəyişikliyi ilə əlaqələndirib. Vurğulayıb ki, gənclər ərzaq təhlükəsizliyi məsələlərinin həllində daha fəal olmalıdırlar.

UNDP GEF Kür II Layihəsində baş texniki məsləhətçi və regional layihə koordinatoru Meri Mətyus “Su, iqlim dəyişikliyi və gələcəyimiz” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində bu Forum vasitəsilə gənclərə suallar ünvanlanır və məqsəd onları həmin suallara cavab tapmağa yönəltməkdir. Meri Mətyus içməli su qıtlığı, suya qənaət olunması ilə bağlı fikirlərini bölüşüb. O, su ehtiyatları ilə bağlı böyük çağırışlar olduğunu qeyd edərək, gəncləri bu problemlərdən çıxış yolu tapmağa çağırıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə potensial rolundan danışıb. Gənclərin ölkəmizdə çoxluq təşkil etdiyini qeyd edən Fərid Cəfərov onların ətraf mühitin qorunması istiqamətində görə biləcəyi işlərə nəzər salıb, Gənclər Fondunun ekoloji layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərini diqqətə çatdırıb. Bildirib ki, fond bu sahədə iki istiqamət üzrə - gənclərin ekoloji maarifləndirilməsi və onların iştirakı ilə ekoloji problemlərin aradan qaldırılması istiqamətlərində fəaliyyət göstərir.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, davamlı inkişaf bir-birinə bağlı üç təməl elementini - iqtisadiyyat, cəmiyyət və ətraf mühiti əhatə edir. 2030 Gündəliyi gənclərin gündəliyidir. Belə ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin sərvətlərinə xələl gətirmədən hazırkı nəslin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu Gündəlik gəncləri inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyənləşdirib. Lakin bunun üçün onlara öz potensialını reallaşdırmaq imkanı yaradılmalıdır.

“Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?” mövzusunda panel iclasın iştirakçıları flora və fauna növlərinin mühafizəsi üzrə səylərin vacibliyi və Azərbaycanda məhvolma təhlükəsi ilə qarşılaşan növlərlə bağlı vəziyyət haqqında danışıblar. Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov “Təbii dəyərlər. Azərbaycanda təbiəti mühafizənin tarixi və WWF-in töhfəsi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin biomüxtəliflik departamentinin baş məsləhətçisi Rəşad Allahverdiyev “Azərbaycanda xüsusi mühafizə edilən təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi üzrə səylər”, IDEA İctimai Birliyinin baş layihə koordinatoru Afaq Rizayeva “IDEA-nın Qafqaz regionunda biomüxtəlifliyin qorunması üzrə səyləri” mövzularında məruzələrlə çıxış ediblər.

“Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” mövzusunda panel iclasda Dünya Resurslar İnstitutunun (WRI) Dayanıqlı şəhərlər üzrə Türkiyə ofisinin səmərəli şəhər və iqlim bölməsinin rəhbəri Məltəm Bayraktarın “Enerji, cəmiyyət və davamlılıq”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasovun “Azərbaycanda bərpa olunan enerji mənbələri: nailiyyətlər və perspektivlər”, UNDP Azərbaycan, NAMA layihəsinin rəhbəri Nazim Məmmədovun “Binalarda enerji səmərəliliyi” mövzularında məruzələri dinlənilib.

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb