Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
Bakı, 20 may, AZƏRTAC
Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq. Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
On birinci Avropa çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Qeyd edək ki, çempionatda 22 ölkədən gimnastların çıxış edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:12]
"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb
- 23.09.2026 [12:35]
İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib
- 23.09.2026 [12:12]
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]