REGİONLAR


Beyləqanda bu günədək pambıq əkini üçün 7414,52 hektar sahədə qış şumu aparılıb

Beyləqanda bu günədək pambıq əkini üçün 7414,52 hektar sahədə qış şumu aparılıb

Beyləqan, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonunun pambıqçıları cari ilin çiyid səpininə hazırlaşırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 7414,52 hektar sahədə qış şumu aparılıb. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 7854,91 hektar sahədə pambıq əkilməsi üçün 1602 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.

Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,51 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.