REGİONLAR
Biləsuvarda bu mövsüm 1491 məhsul istehsalçısı pambıq becərəcək

Biləsuvar, 21 aprel, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, Biləsuvarda çiyid səpininə başlanılıb. Ötən il pambıq plantasiyalarından 28 min 333 ton xam pambıq istehsal edən biləsuvarlı əkinçilər cari ildə 8 min 520 hektar sahəyə çiyid səpməyi planlaşdırıblar. Bunun üçün 1491 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum, dərman preparatları ilə təmin olunub və digər lazımi köməklik göstərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 2 min 334 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə, 120-130 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 1017 hektarı “MKT-İK” MMC-yə, 214 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 625 hektarı “P-AQRO” MMC-yə, 478 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]