CƏMİYYƏT


“Böhran dövründə təhsildə gender bərabərliyi – Azərbaycan təcrübəsi” mövzusunda vebinar keçirilib

Madrid, 26 may, AZƏRTAC

UNESCO-nun Efiopiyadakı Regional İnstitutunun (UNESCO IICBA), Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinin və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinarın mövzusu “Böhran dövründə təhsildə gender bərabərliyi – Azərbaycan təcrübəsi” olub. Tədbiri UNESCO-nun Regional İnstitutunun rəhbəri Yumiko Yokozeki, Azərbaycanın Efiopiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov, UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev giriş nitqi ilə açıblar.

Daha sonra müvafiq mövzular üzrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertləri çıxış ediblər.

Tədbir zamanı çıxışçılar multikulturalizmin Azərbaycan modeli, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasında Azərbaycan təcrübəsi, ölkəmizin gender siyasəti və təhsil sahəsində həyata keçirdiyi islahatlarla bağlı iştirakçılara ətraflı məlumat verilib.

Sonda Efiopiyanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Bezavit Girma çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və müvafiq sahələr üzrə Azərbaycanın zəngin təcrübəsinin Afrika ölkələrində tətbiq edilməsinin zəruri olduğunu vurğulayıb.

Tədbir 25 May - Dünya Afrika Gününə həsr edilib və böyük maraqla qarşılanıb. Efiopiya ilə yanaşı, Zimbabve, Zambiya, Seneqal, Nigeriya, Keniya və digər ölkələrdən 40-dan çox iştirakçı vebinara qatılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.