DÜNYA


Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib

Moskva, 26 mart, AZƏRTAC

Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərq Əlyazmaları Fondunda rəqəmli arxiv yaradılması prosesi zamanı Nadir şahın Dağıstan hakimlərindən birinə hədiyyə etdiyi yeddicildlik Quran kitabı, İncilin VII əsrə aid gürcü dilinə tərcüməsi və digər unikal kitablar, sənədlər aşkar edilib.

Şərq Əlyazmaları Fondunun müdiri Şamil Şıxəliyev jurnalistlərə bildirib ki, tezliklə elektron kataloq yaradılacaq və arxivdə saxlanılan ümumilikdə 40 mindən çox əlyazmanın, o cümlədən 1009-cu ildən 1930-cu ilədək olan dövrdə müsəlman elmləri sahəsini əhatə edən 3 mindən çox əlyazmanın rəqəmsal surətləri internet istifadəçilərinə təqdim olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.