MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi və UNESCO arasında əməkdaşlıq müzakirə olunub

Paris, 27 fevral, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumun Ümumdünya İrs Mərkəzinin direktorunun müavini Jyoti Hosagrahar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Fuad Nağıyev yeni yaradılmış Turizm Agentliyinin fəaliyyəti, turizm sahəsində ölkədə aparılan islahatlar, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib.

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması xatırlanaraq, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.