DÜNYA


Dubayda dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılır

Əbu-Dabi, 18 avqust, AZƏRTAC

2014-cü ildən Dubayın ən iri “The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyən 155 milyon yaşı olan dinozavrın skeleti satışa çıxarılır.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, “Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).

Uzunluğu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.

Qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının “Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin “Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.