CƏMİYYƏT


FHN: Qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 14-də paytaxtın Binəqədi rayonunun 6-cı mikrorayon, R.Behbudov küçəsindəki “Dendroloji park”ın ərazisində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində 500 kvadratmetr sahədə quru ot yanıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriblər.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyənləşdirilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.