Futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olublar
Bakı, 13 fevral, AZƏRTAC
Futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olublar.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, komandanın meneceri Stuart Braun, səyahət meneceri Kelli Braun, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Levisdən ibarət olan nümayəndə heyətinin səfəri hotel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri "Hilton" hotelinə, Bakı Olimpiya Stadionuna, "Bakcell Arena"ya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.
"Avro-2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.
Qeyd edək ki, ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [21:39]
Premyer Liqa: "Neftçi"dən asan qələbə
- 10.05.2026 [19:44]
Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]