Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn ilki büdcənin 46,4 faizi sosial sahələrin maliyyələşməsinə yönəldiləcək

Gələn ilki büdcənin 46,4 faizi sosial sahələrin maliyyələşməsinə yönəldiləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Milli Məclisdə müstəqillik dövrünün ən böyük büdcə zərfi qəbul olunub. İşğaldan azad edilmiş torpaqlarla əlaqədar məsələlər gələn ilin büdcəsində prioritet istiqamət kimi nəzərə alınıb. 2022-ci ilin büdcəsi həm də sosialyönümlülüyü ilə seçilir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev büdcə zərfinin qəbulu və onun sosial istiqamətdə ayrılan xərclər barədə danışarkən deyib: “Həqiqətən də gələn ilin büdcəsi həcm etibarı ilə ölkəmizin müstəqillik dövrünün ən iri həcmli büdcəsidir. Onun həm gəlir, həm də xərc hissələri bu ilə nisbətən 5 faiz artırılır. Büdcənin xərc hissəsi 29,8 milyard manat təşkil edəcəkdir. Gələn ilki büdcə ən çox sosialyönümlü büdcə olacaq və büdcə gəlirlərinin 46,4 faizi, təxminən 3 milyarddan artıq məbləği sosial sahələrin maliyyələşməsinə yönələcək. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında sosial sahə həmişə prioritet sahə kimi götürülüb və hazırda həmin strategiya davam etdirilir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Eyni zamanda, yeni növ koronavirus (COVID-19) pandemiyasının dünyada səbəb olduğu iqtisadi, sosial çətinliklər, tibb sahəsində olan gərginliklər, o cümlədən qlobal istiləşmə, quraqlıq və s. təsirlər bahalaşmaya gətirib çıxardı. Bu ilin ikinci yarısından dünyada bahalaşma prosesi gedir və təəssüflər olsun ki, hələ də davam edir. Həmin proses Azərbaycan bazarlarına da öz təsirini göstərdi və yay aylarından başlayaraq bir çox ərzaqların, çoxişlənən malların və xidmətlərin qiymətləri qaldırıldı, o cümlədən kommunal xərclərin də qiyməti məcburi şəkildə artırıldı. Bütün bunları kompensasiya etmək və ölkə vətəndaşlarının sosial rifahını qorumaq üçün bu il oktyabrın 16-da Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayaraq gələn ilin büdcəsində vətəndaşların sosial müdafiəsini qorunması üçün lazımi tədbirlərin nəzərdə tutulması barədə hökumətə tapşırıq verdi. Məhz buna görə də büdcənin böyük bir hissəsi sosial xərclərə ayrılır və gələn ildən muzdlu sahədə çalışan vətəndaşların əməkhaqqı, pensiyalar, müavinətlər və təqaüdlər artırılacaq. Büdcədə minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılacaq. Bu, həm də özəl sektorda çalışan işçilərinin əməkhaqqının artırılmasına şamil olunacaq.

Deputat büdcənin gəlir və xərclərini əvvəlki illərdən fərqləndirən əsas xüsusiyyətlər barədə danışarkən deyib: “Digər bir istiqamət pensiyaçıların sosial müavinəti, o cümlədən əlillər, pensiya yaşına çatmış, lakin pensiya hüququ olmayan və sosial müavinət alanlar, habelə digər kateqoriyadan olan tələbələrin müavinətləri, təqaüdləri və s. artırılması büdcədə öz əksini tapıb. Büdcədə nəzərdə tutulan başqa bir istiqamət səhiyyə xərclərinin artırılması ilə əlaqədardır və müstəqillik illərində səhiyyə xərcləri ən yüksək həddə gəlib çatıb, bu məqsəd üçün təxminən 1 milyard 800 milyon manat nəzərdə tutulur ki, bu da həm COVID-19-la mübarizə imkanlarını genişləndirəcək, həm də artıq bütün ölkədə tətbiq olunan icbari tibbi sığortanın keyfiyyətini və əlçatanlığını daha da yaxşılaşdıracaq. Artırılan xərclərin çox böyük bir hissəsi sosial sahədə təhsil xərclərinə aiddir və ümumiyyətlə, həmin xərclər ümumi xərclərin 13 faizini təşkil edəcək. Bu, böyük bir artımdır və ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunan böyük bir kateqoriya vətəndaşların ödəniş xərclərini dövlət öz üzərinə götürəcək. Bu da təbii ki, vətəndaşların sosial müdafiəsinə xidmət edən və sosial paketi genişləndirən bir addımdır.

Digər bir istiqamət isə yeni fəaliyyətə başlamış və vətəndaşların çoxdan arzuladığı tələbə kreditlərinin verilməsi ilə əlaqədardır və buna uyğun büdcədə vəsaitlər nəzərdə tutulub. Eyni zamanda, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil sahəsində çalışan işçilərin əməkhaqqının artırılması, yeni təhsil müəssisələri və yaxud mövcud təhsil müəssisələrində laboratoriyaların, digər avadanlıqların artırılması və s. məsələlər öz əksini tapıb. Sosial müdafiə və sosial təminat xərcləri də kifayət qədər artırılıb. Bununla yanaşı İşsizlikdən sığorta fondunun büdcəsi də təsdiq olunub. Həmin büdcə ötən ilin büdcəsinə nisbətən artırılaraq 182 milyon manat təşkil edir. Bu büdcənin də təxminən yarısı işsizlərin özünüməşğulluğunun təmin olunmasına yönəldilib. Bu məqsədlə 80 milyon manata qədər vəsait ayrılıb. Onun da böyük əksəriyyətini şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranları, sosial müdafiəyə ehtiyacı olan digər kateqoriyadan olanlar təşkil edir. Təxminən 17 min ailənin özünüməşğulluq proqramına qoşulacağı gözlənilir.

Məşğulluğun təmin edilməsi üçün də büdcədən vəsait ayrılması nəzərdə tutulub, çünki yeni açılan iş yerləri orada çalışanlara psixoloji və sosial stimul verir və hər kəs öz qabiliyyətinə uyğun əməkhaqqı qazanır. Özünüməşğulluqdan başqa istər dövlət, istərsə də özəl sektorda yeni iş yerlərinin açılması vətəndaşların işlə təmin olunmasında mühüm rol oynayır. Araşdırmalar göstərir ki, işsizliyin başlıca səbəbi iş yerlərinin olmaması deyil, boş və vakant iş yerləri üçün uyğun kadrların olmamasıdır. Bu məqsədlə gənc və orta yaşlıları yeni peşələrə öyrədilməsi də nəzərdə tutulub və bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Onlar üç aydan altı ayaq qədər yeni peşə öyrənmək üçün kurslar keçəcək və həmin müddətdə təqaüd də alacaqlar. Bu addımların hər biri əhalinin sosial müdafiəsini gücləndirilməsinə xidmət edir.

Aztəminatlı ailələrin problemlərinin yaxşılaşdırılması sahəsində görüləcək işlərdən danışan müsahibimiz deyib: “Bu sahədə həm iqtisadi, həm də sosial addımlar atılmalıdır. Bazarda məhsul bolluğu yaratmaq və möhtəkirliyin qarşısını almaq üçün lazımi tədbirlər görməklə iqtisadi tədbirlər də həyata keçirmək olar. Məhsul bolluğu yaratmaq üçün kənd təsərrüfatı sektoruna kifayət qədər vəsait ayrılıb. Müzakirələr zamanı daha çox nəticəyə hesablanan maliyyəyə keçməyin zəruriliyi vurğulandı. Əvvəllər bəribaşdan subsidiya verilirdi və çox vaxt onun istənilən nəticəsi olmurdu. İndi isə daha perspektivli sayılan və optimal nəticəyə gətirib çıxaran maliyyəyə keçmək zamanıdır. Sahibkarın əldə etdiyi nəticəyə uyğun olaraq ona çəkdiyi xərcləri ödəmək üçün əlavə subsidiya veriləcək. Bu, vətəndaşları stimullaşdıracaq və bəzi kölgəli əməliyyatların qarşısının alınmasına səbəb olacaq. İşin belə təşkili həm real məhsul əldə olunmasına xidmət edəcək, həm də həqiqi fermerlə saxta fermer arasında ədalətli bölgü aparılmasını təmin edəcək. Bu, çox vacib məsələdir, çünki gələn ilin əvvəlində sosial ödənişlərin məbləği artacağından birdən-birə bazara çoxlu miqdarda pul kütləsi daxil olacaq və bundan istifadə edən möhtəkirlər qiymətləri qaldıra bilərlər. Lazımi tədbirlər görülməsə dövlətin vətəndaşın sosial müdafiəsini gücləndirmək yolunda gördüyü tədbirlər və atdığı addımlar bir anın içində məhv olub gedər. Buna görə də İqtisadiyyat Nazirliyinin uyğun idarələri həm iqtisadi, həm də hüquqi-inzibati yönümdə elə tədbirlər görməlidirlər ki, bazarlarda monopoliya və möhtəkirlik vətəndaşların artmış pensiya və əməkhaqlarını bir günün içində, necə deyərlər, sovurub aparmasın.

Başqa bir tədbir vətəndaşların artan xərclərinin qarşılığında onun gəlirlərinin təmin olunmasıdır. Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat, təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır. Milli Məclisdə gedən müzakirələr zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir.

Deputat şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən sosial yardım və güzəştlər barədə məlumat verərək deyib: “Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, qazanılan Zəfər və işğal edilmiş torpaqlarımızın azad edilməsi xalqımızın vətənpərvər və qeyrətli oğlanlarının rəşadəti, canları-qanları bahasına başa gəlib və hər birimiz onların qarşısında borcluyuq. Dövlət də öz məsuliyyətini və borcunu anlayır, şəhid ailələri üçün 20-yə, qazilər üçün 15-ə yaxın qanunla nəzərdə tutulan imtiyaz və güzəştlər müəyyən edib. Büdcə zərfinə daxil olan məsələlərdən biri də Vergilər Məcəlləsinə olan dəyişikliklərdir. Həmin dəyişikliklərin bir qrupu şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə və etibarlılığının artırılmasına yönəldilib. Şəhid olana qədər verilən kreditin bağlanılması ilə əlaqədar stimullaşdırıcı addımlar atılıb. Əgər şəhid ailəsi kredit götürübsə, onu ödəməyəcək, kredit bağlandıqda isə götürülən vəsait onun üçün gəlir hesab olunur və həmin gəlirdən də 16-18 faiz məbləğində vergi ödənilməlidir. İndi həmin ailələr bu vergidən azad olunur. İndiyədək krediti bağlayan təşkilat da mənfəət vergisi ödəməli idi, həmin təşkilat da vergidən azad olunur və banklar gələcəkdə şəhid ailələrinə yenidən kredit vermək üçün stimul qazanmış olur. Başqa bir güzəşt şəhid ailələri və qazilərin müalicəsi ilə əlaqədardır. Vətən müharibəsi qazilərinin müalicəsinə yardım edən fiziki və hüquqi şəxs, yaxud sahibkar və ya xeyriyyəçi ölkə daxilində 10 min manata, ölkədən kənarda həyata keçirilən 50 min manata qədər müalicə xərclərini ödədiyinə görə vergidən azad olunur. Təkcə müalicə xərcləri deyil, digər sahələrdə də onlara yardım göstərən təşkilat və ya fiziki şəxs vergidən azad olunur”.

O, gələn ilin büdcəsində aztəminatlı ailələr üçün keyfiyyətli təhsilin əlçatanlığı üçün atılan addımlar barədə bunları qeyd edib: “Gələn ilin büdcəsində məktəblərin təmiri, bəzilərinin istilik sistemi, bəzilərinin yeni avadanlıqlarla təchiz olunması da öz əksini tapır, bəzi hallarda xüsusən uzaq dağ kəndlərində məktəbin komplektləşdirmək çətin olarsa, şagirdlərin başqa kəndə gedib gəlməsi üçün nəqliyyat vasitəsinin ayrılmasının təmin olunması, o cümlədən özəl sektorda və yaxud dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqqının qarşılanmasının, həcminin genişləndirilməsi sosial siyasətin tərkib hissəsidir və vətəndaşların təhsilə əlçatanlığını təmin edən addımlardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY