REGİONLAR


Gəncə Dövlət Universitetində ombudsman ofisinin açılması gözlənilir

Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetini (GDU) təmsil edən nümayəndə heyəti Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə AESOP layihəsinin hesabat xarakterli görüşündə iştirak edib.

Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər Universitetində keçirilən tədbirdə ali təhsil müəssisəsini GDU-nun elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və informasiya kommunikasiya şöbəsinin müdiri Asif Həsənov təmsil ediblər.

Böyük Britaniya, Finlandiya və Polşadan olan ekspertlərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə ombudusman ofisinin funksiya və strukturlarının nəzəri və praktik cəhətdən öyrənilməsi olub.

Tədbiri açan Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı təlimin mahiyyəti barədə geniş məlumat verib.

Daha sonra iştirakçıların layihə ətrafında məruzələri dinlənilib.

Qeyd edək ki, layihənin nəticəsi olaraq proqrama qoşulan ali təhsil müəssisələrində, eləcə də GDU-da tələbələrin hüquqlarını müdafiə edəcək ombudsman ofisinin açılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.