REGİONLAR
Goranboy kümçüləri “Azəripək” MMC-yə 4,1 ton yaş barama təhvil veriblər
Goranboy, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonu üzrə yaş barama tədarükü davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kümçülər tərəfindən “Azəripək” MMC-yə 4 min 167 kiloqram yaş barama təhvil verilib.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 41 min ədəd tut tingi əkilib ki, onun da 31 min ədəddən çoxu Çindən gətirilib. Ötən il rayon kümçüləri tərəfindən ümumilikdə 9,8 ton yaş barama təhvil verilib. Bu il isə 20 tonadək yaş barama istehsalı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]