Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Həkimlərimiz üçün açılan “İkinci cəbhə”

Bakı, 27 sentyabr, AZƏRTAC

“Hər bir insan üçün həyat deposu deyilən bir şey var - ailə, karyera, vəzifə və sair. Azərbaycan əsgərinin həyat deposu Şuşa imiş”, - deyir və dərindən nəfəs alaraq köks ötürür: “Bu yolu keçməliydik və keçdik. Keçdiyimiz həmin yolda əsgərlərimiz və ümumilikdə xalqımızı arzuladığı mənzilə apara bildiyinə görə Ali Baş Komandanımız sağ olsun...!”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsinin gedişatı və ondan sonrakı vaxtlarda yaralı hərbçilərimizin müalicəsində yaxından iştirak edən həkim-oftalmoloq Qurban İsmayılov deyib.

Haşiyə

1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalındakı Basarkeçər rayonunda anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın kimi Şəmkir rayonuna gəlib və orada da məskunlaşıb. 1990-cı ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub, 1996-cı ildə həmin ali məktəbi adlı təqaüdlə bitirib. Hazırda Tibb Universitetində oftalmologiya kafedrasının əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında oftalmologiya şöbəsinin müdiridir. Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

İlkin tibbi yardım göstərənlər sırasında

Qurban İsmayılov Vətən müharibəsinin başlandığını kimdənsə eşitməyib, bu hadisənin şahidi olub və həmin anları bu cür xatırlayır: “Sentyabrın 26-da Goranboy rayonundakı Ağcakənddə idik. Sinif yoldaşlarım ilə dəyişməz ənənəmiz var, hər ilin sentyabrında burada yığışırıq. Sentyabrın 27-si saat 11-12 olardı, qəfildən səs-küy eşitdik, “Yaralılar gətirilib” deyirdilər və bu səsi eşidən kimi evdən 150-200 metr aralıqda yerləşən xəstəxanaya tərəf yüyürdük, elə orada da müharibə xəbərini aldıq. Mən və digər həkim sinif yoldaşım yaralılara ilkin tibbi yardım göstərənlərə qoşulduq”.

Doktor İsmayılov döyüşlərin miqyasını biləndən sonra Gəncə hospitalı ilə əlaqə saxlayır, heç olmasa məzuniyyət müddəti bitənə qədər orada yaralılara tibbi xidmət göstərmək istəyir və oktyabr ayının 3-nə qədər həmkarlarının yanında qalır.

Paytaxtda açılan “İkinci cəbhə”

Söhbətinə davam edən Qurban İsmayılov xatırlayır: “Bakıya gələn gün Mərkəzi Klinik Hospitalın Oftalmologiya şöbəsinin rəisi Səlahəddinlə əlaqə saxladım, “nə köməyimiz dəyə bilər” deyə soruşdum. Birinci cümləsi “Yer... Yer təşkil edə bilərsinizmi?!”- oldu. Gecikmədən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxladım və bu barədə məlumat verdim, Mərkəzi Klinik Hospitalda yaranan vəziyyəti və onların istəyini çatdırdım. Anındaca “Bacaracaqsınızmı, xidməti təşkil edə biləcəksinizmi?” dedi, cavabım “Bacararıq” oldu.

Həmin günə qədər COVID-19 xəstələrinin müalicəsi üzrə ixtisaslaşmış klinikamızda yaralı hərbçilərimizin qəbulu və müalicəsi üçün təşkilati işlərinə başladıq və qısa müddətdə başa çatdırdıq. Könüllü olaraq şöbənin 3 işçisi, kafedranın bir həkimi, mən və tibb bacılarından ibarət heyətimiz hazır idik. Bu, pandemiyaya qarşı mübarizəyə qoşulduğumuz məqamda bizim üçün açılan ikinci cəbhə oldu”.

Doktor döyüşün ilk günündən yaralılara yardım etmək üçün həkimlərin səfərbər olduğunu, burun-boğaz, neyrocərrahiyyə, ağız-üz-çənə üzrə cərrahların da könüllü olaraq xidmətə qoşulduğunu deyir.

“Yaralılar gətiriləndə sövq-təbii gözlərinə baxırdım...”

“Klinikamıza ilk yaralılar gətirilərkən müşahidə etdiyimiz bu oldu ki, onların arasında güllə yarası alan, demək olar ki, yox idi. Yaralıların böyük əksəriyyəti minaya düşmüş və bunun nəticəsində bədənlərinin toxumalarını itirmiş, yaxud da ciddi zədələnmişlər idi. Birinin gözü yox idi, digərləri başından, üzündən, çənəsindən çox ciddi zədələr almış, yuxarı və aşağı ətraflarını itirmiş əsgərlərimiz idi”.

Həkim-oftalmoloq düşmənin istifadə etdiyi silah-sursatın güclü partlayış törətmə qabiliyyətinə malik olduğunu xatırladır. Aradan bir il keçməsinə baxmayaraq o danışarkən emosiyalarına nəzarəti itirir, dolmuş gözlərindəki damlaları saxlaya bilmir: “Bu müharibədə gördüyümüz yaraların yüzdə 99-u partlayış nəticəsində yaranmış zədələr idi. Demək olar ki, klinikaya gətirilən əsgərlərin hamısı üçün yanıq yaraları xarakterik idi. Düşmən tərəfindən istifadə olunan silah-sursatların növü və gücündən asılı olaraq aldıqları zədə onların orqanlarını həddən artıq deformasiyaya uğratmışdı”.

Bu yaralar tibb tarixində misli görünməmiş yaralar idi, bir sözlə, bu, güllə müharibəsi deyildi, müharibə davam etsəydi, itkilərimiz daha çox ola bilərdi”, - deyən həkim gördükləri işlərin miqyası və xarakteri barədə danışır: “Bizim klinikada göstərilən yardım cəmləşdirilmiş, komplektləşdirilmiş yardım idi. Göz, üz-çənə, beyin, travmatologiya, bir sözlə, Azərbaycanın hərbi və yaxud qeyri-hərbi həkim kateqoriyası yox idi, hamı bir yumruq kimi birləşmişdi”.

118 yaralının gözündə cərrahiyyə əməliyyatı apardıqlarını söyləyən Qurban İsmayılov 67 nəfərə də tibbi yardım (xırda tikişlərin qoyulması, yad və yaxud dağılmış cisimlərin çıxarılması) göstərdiklərini xatırladır: “185 yaralıda cəmi 14 göz itirdik. Bu, inanılmaz, fantastik nəticə idi. 14 gözün 6-sı yaralı bizə gətirilənə qədər ilkin yerində götürülmüş, itirilmişdi. Şükürlər olsun ki, heç olmasa, göz almalarını saxlaya bildik. Demək olar ki, bəzilərində göz yox idi və biz protez qoyulması üçün maksimum imkanların itirilməməsini təmin etdik”.

“Yaraların əksəriyyəti kaset tipli minaların yaratdığı fəsadlar idi”, - deyən oftalmoloq-həkim qəmli etirafını edir: “Zədələrin xarakteri şəxsən məni o dərəcədə vahimələndirmişdi ki, yaralılar gətirilərkən mən ilk olaraq onların gözlərinə baxırdım, yaralar ümidverən olanda, sevincimi nə cür ifadə edəcəyimi bilmirdim...”.

“Müharibə vaxtı xalqımı sanki yenidən kəşf etdim”

Həmsöhbətimiz qəmli, sanki yüngüllük gətirən tərzdə “bu müddətdə 3 nəfər şəhidimiz oldu”,- deyir və dərhal sözlərinə davam edir: “Çox maraqlı, hətta insan ağlına gəlməyəcək qədər mütəəssir edən hallarla qarşılaşdım və mən öz xalqımı sanki yenidən kəşf edir, indiyəcən bəlkə də fikir vermədiyimiz cəhətləri sezirdim. Əsgərlərdən biri yoldaşlarına üz tutaraq “küçədə-bacada kimlərəsə mən Qarabağda vuruşmuşam deyənə anasının südü haram olsun”, “Canımızı borclu olduğumuz Vətənə gedib xidmət etdik” dediyinin şahidi oldum”.

Bu, Birinci Qarabağ müharibəsində tibb qardaşı kimi iştirak etmiş Qurban İsmayılovun Vətən müharibəsindən xatırladığı ən yaddaqalan məqamlardır.

O məqamlardan birini söyləyərkən gözləri dolur: “Qax rayonundan Vüsal adlı bir yaralı əsgərimiz var. Onu bu yaxınlarda evinə yola saldıq. Vüsal yaralanandan iki gün sonra helikopterlə gecə saat 11-in yarısında Bakıya gətirilmişdi. Vüsalın rəngi qaçmışdı, təzyiqi çox aşağı idi. Suallarımıza cavab verə bilmirdi. Soyuducudan kompot süzdüm, bircə qurtum içdi. Sonra daha bir qurtum...Və dedi ki, həkim, elə bil gözüm görür. Dedi ki, kaş Şuşaya girib orada şəhid olardım, yaralanıb əsgər yoldaşlarımı yarı yolda qoymayaydım... Yüzlərlə yaralı görmüşəm, amma bu hadisələrin təsirindən çıxa bilmirəm”.

Söhbətimizin sonudur və doktor İsmayılova sual-filan vermirik, sadəcə baxırıq, o isə ağır-ağır dillənir: “Hər bir insan üçün həyat deposu deyilən bir şey var - ailə, karyera, vəzifə və sair. Azərbaycan əsgərinin həyat deposu Şuşa imiş” və dərindən nəfəs alaraq köks ötürür: “Bu yolu keçməliydik və keçdik. Keçdiyimiz həmin yolda əsgərlərimiz və ümumilikdə xalqımızı arzuladığı mənzilə apara bildiyinə görə Ali Baş Komandanımız sağ olsun...!”- deyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb